Yaxın Şərq
Livanlılar bu ölkəyə qaçır: Sərhəddə mühafizə gücləndirildi
Suriya və digər ölkələrlə sərhəddə yerləşən İraq qoşunları tam döyüş hazırlığındadır.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Yəhya Rəsul bildirib.
“İraq Silahlı Qüvvələri dövlət suverenliyini qorumaq üçün üzərinə düşən vəzifələri yerinə yetirir, hərbi birləşmələr qonşu ölkələrlə, xüsusilə də Suriya ilə sərhədləri qorumaq üçün bütün lazımi tədbirləri görüb. Qoşunlar tam döyüş hazırlığı vəziyyətindədir”, - deyə Rəsul qeyd edib.
O, İraq-Suriya sərhədindəki vəziyyətlə bağlı əlavə məlumat verməyib.
Rəsul vurğulayıb ki, gərgin vəziyyətə baxmayaraq, Livandan olan 144 qaçqın bazar ertəsi Suriya ilə sərhəddəki Əl-Qaim keçid məntəqəsindən İraqa gəlib. Onlardan bəziləri İsrailin atəşi nəticəsində yaralanıb, onlara lazımi köməklik göstəriləcək.
Adəm Abbaslı
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB24 May 14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region24 May 14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama



























.jpg)










