Magazin2
Məşhur aktyorla bağlı araşdırma: xarici agent ola bilər - FOTO
Rusiyalı aktyor və şoumen İvan Urqantın xarici agent kimi tanınması üçün əsasların olub-olmadığını yoxlanılır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik öz fəaliyyətində xarici agentin əlamətlərinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. Əgər nəsə aşkar edilərsə, o zaman Urqantın bu reyestrə salınması məsələsinə baxılması planlaşdırılır.
“Yuxarıda qeyd olunan şəxsin fəaliyyətində xarici agentin əlamətlərini müəyyən etmək üçün Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Əgər şəxsin xarici agent meyarlarına cavab verdiyini təsdiq edən məlumatlar olarsa, Rusiya Ədliyyə Nazirliyi sorğunuzda göstərilən şəxsin xarici agentlərin reyestrinə daxil edilməsi məsələsinə baxacaq”, - sənəddə deyilir.
Qeyd edək ki, medianın onun biznesi haqqında yazmasından sonra Urqant bu yaxınlarda Fransadakı fərdi sahibkarlığını dayandırıb. Fərdi sahibkarın fəaliyyət növü tamaşaların quruluşu və istehsalı kimi göstərilib. Lakin şoumen heç nə açmadığını və Fransaya köçmək fikrinin olmadığını bildirib.
Adəm

-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
İdman17:06Millətlər Liqası: Azərbaycan Litva ilə qarşılaşır - Canlı
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."






.jpg)

.jpg)
.jpg)























.jpg)

