Qarabağ
Şəhid ailələrinin Şuşaya səfəri təşkil olundu - Foto
“AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyəti və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunan “Zəfərin izi ilə” adlı sosial layihə çərçivəsində şəhid ailələrinin Şuşa şəhərinə səfəri təşkil edilib.
QSC-dən Publika.az-a bildirilib ki, səfərdə Göygöl rayonunda qeydiyyatda olan şəhid ailələrinin üzvləri iştirak ediblər. Layihənin əsas məqsədi şəhid ailələrinə mənəvi dəstək göstərmək, qəhrəman övladlarımızın keçdiyi döyüş yolunu ehtiramla xatırlamaq, həmçinin Zəfər tariximizin rəmzinə çevrilmiş Şuşanın tarixi və mədəni irsi ilə yaxından tanış etməkdir.
Səfər iştirakçıları əvvəlcə Şuşanın ən görkəmli dini-memarlıq abidələrindən olan Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Məsciddə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, onların ruhuna dualar oxunub. Daha sonra qonaqlar Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, şəhərin zəngin tarixi və mədəni irsi barədə məlumatlandırılıblar. Səfər çərçivəsində Cıdır düzü, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstləri, Natəvanın imarətinin qalıqları və bərpa olunmuş bulağı, İsa bulağı və digər tarixi-mədəni məkanlar ziyarət edilib. Ekskursiya zamanı iştirakçılara Vətən müharibəsində Şuşa uğrunda aparılan döyüşlər, qəhrəman hərbçilərimizin göstərdikləri şücaət və Zəfərin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasətinin prioritet istiqamətlərindən biridir. Şirkət bu kateqoriyadan olan şəxslərin sosial rifahının yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə davamlı layihələr həyata keçirir.
Hazırda “AzerGold” QSC-də, onun törəmə cəmiyyətlərində və uzunmüddətli podratçı şirkətlərdə ümumilikdə 334 şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır. Bununla yanaşı, onlar şirkətin həyata keçirdiyi təhsil, peşə hazırlığı və sosial dəstək layihələrinə də cəlb olunurlar.
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı










.jpg)



















.jpg)








