Yaxın Şərq
ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə məxsus “Remus 600” tipli pilotsuz sualtı aparatının saxlanıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, pilotsuz sualtı aparat Hörmüz boğazında kəşfiyyat missiyası həyata keçirib. Bildirilib ki, əməliyyat zamanı elektron müharibə və kəşfiyyat imkanlarından istifadə olunub.
Məlumata əsasən, hazırda iranlı mütəxəssislər sualtı qayığın yaddaşında saxlanılan məlumatların bərpası üzərində işləyirlər.
Xatırladaq ki, sentyabrın 8-də SEPAH daha bir pilotsuz sualtı aparatın nəzarətə götürüldüyünü açıqlamışdı. Bundan sonra ABŞ ordusu dəniz pilotsuz aparatlarından birində nasazlıq yarandığını bildirmiş, lakin onun İran tərəfindən ələ keçirilib-keçirilmədiyini açıqlamamışdı.
Hörmüz boğazında vəziyyət ABŞ, İsrail və İran arasında fevralın 28-də başlayan müharibədən sonra gərgin olaraq qalır. İran boğazdan keçən gəmilərlə bağlı məhdudiyyətlər tətbiq edir. ABŞ isə İran limanlarına qarşı əks blokada tətbiq edib.
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?



























.png)







