Qarabağ
Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
Vətən müharibəsində qəhrəmancasına həlak olan baş leytenant Həsənağa Şakir oğlu Abdullazadə şəhid olduqdan 112 gün sonra torpağa tapşırılıb.
Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında şəhidin anası Səmilə Abdullayeva Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığı ziyarəti zamanı deyib.
O, Həsənağa Abdullazadənin ailənin yeganə övladı olduğunu qeyd edib:
“Oğlum 1993-cü il martın 9-da anadan olub. Oktyabrın 2-də şəhid olsa da, nəşini yalnız 112 gün sonra dəfn edə bildik. Şəhid xəbərini bir az tez alsaq da, nəşi bizə gec təhvil verildi. O, öndə gedən zabit idi, 6 il ön cəbhədə xidmət etmişdi. 8 il Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almışdı. Ailənin tək övladı olmasına baxmayaraq, öz arzusu ilə hərb sahəsini seçdi. Mən elə bilirdim ki, o məni – anasını həyatda hamıdan çox sevir. Amma anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş...”, - şəhid anası vurğulayıb.
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq





































