Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
Bizi izləyin

Magazin2

Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir

Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir

Məşhur amerikalı aktyor Tom Kruz karyerasının ən böyük kassa uğursuzluğu ilə üzləşib.

Publika.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Nəşr öz mənbələrinə istinadla bildirib ki, Alexandro Qonsales İnyarritunun baş rolda Kruzun çəkildiyi “Digger” ekoloji komediyası kassada 245 milyon dollar itirə bilər.

İki həftəlik nümayiş ərzində film cəmi 35 milyon dollar toplayıb, ehtimala görə, ümumi gəlir təxminən 50 milyon dollar təşkil edəcək. Bununla belə, “Warner Bros.” studiyası ilkin olaraq 150 milyon dollardan 200 milyon dollara qədər gəlir nəzərdə tuturdu, xərclərini ödəmək üçün isə ekran əsəri 300 milyon dollar toplamalı idi.

Bundan əlavə, “Variety” vurğulayıb ki, “Digger” filmi ilə bağlı mənfəət əldə etmək üçün studiyaya həmişəkindən daha çox vaxt lazım gələcək. Kruzla elə bir müqavilə bağlanıb ki, bu, ona studiya öz xərclərini ödəyənədək gəlirdən müəyyən faiz almağa imkan verir.

Ekran əsərinin süjetinə görə, dünyanın ən nüfuzlu adamı bəşəriyyəti özünün törətdiyi fəlakətdən xilas etməyə qərar verir.

Hüsey İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm