Şəhərdə 400 qadın arasında tək kişidir ki...
Bizi izləyin

Maraq dünyası

Şəhərdə 400 qadın arasında tək kişidir ki...

Türkiyənin Trabzon şəhərinin məhkəməsi çavuş M.K.-ın boşanma iddiası qaldırdığı həyat yoldaşından 6 ay mühafizə olunması barədə qərar verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, çavuş Trabzonda məhkəmə qərarı ilə mühafizə olunan 400-dən çox qadın arasındakı tək kişidir.

M. K. 9 illik həyat yoldaşı S.K.-nın onu təhdid etdiyini ifadə edərək mühafizə olunması tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə isə onun müraciətini müsbət cavablandırıb.

S. K. isə Trabzon Ailə Məhkəməsinə müraciət edərək 200 min lirə mənəvi təzminat, 2 uşağının hər biri üçün isə min lirə aliment istəyib. S. K. məhkəməyə verdiyi ərizəsində həyat yoldaşının onu aldatdığını iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm