Maraq dünyası
30 ildən sonra belə istirahət edə bilərik - - FOTOLAR
Bizim hamımız gələcəyi az da olsa, görmək istəyirik. Xüsusən də bu gələcəyin şəklini elm adamları və ya savadlı fantastik-yazarlar çəkirsə. Çünki onların fikirləri və nəzəriyyələri çox vaxt xəyalımızda qurduğumuz gələcəkdən daha orijinal və parlaq olur.
Bunlardan bəzilərinin fotolarını Publika.az sizə təqdim edir. Ola bilsin, məhz bu fotodakı ideyalar gələcəkdə öz əksini tapsın.
Səyahət üçün ideal təyyarə
Bu ideyanın daşıyıcısı Erik Elmaz uçuş zamanı günəşdə qarala və çimə biləcəyimiz, şəffaf və səssiz, ekoloji cəhətdən heç bir ziyan vurmayan təyyarə modeli hazırlayıb.
Suyun üzərində ekopolis
Dəniz suyunun qalxma probleminə Vensana Kallebonun Liliped adlı ekoşəhəri gözəl çözüm oldu. Bu ideal şəhər 50 min nəfərə qədər insanı özündə yerləşdirə bilər. Enerjini küləkdən və günəş istiliyindən alır. O, hətta yağış sularını da toplaya bilir. Bu gəmidə hər kəs üçün iş yerləri, ticarət mərkəzləri, istirahət üçün məkanlar və əyləncələr var. Təbiətlə harmoniya da yaşamaq üçün ən gözəl vasitələrdən biridir.
Uçan bağlar
İnsanların çoxu sağlam və təmiz planetdə yaşamaq istəyir. Vensana Kallebonun havada uçan bağ ideyası bunun sübutudur. Onun daha bir yaradıcılıq məhsulu - "Qidroqeneza" özündə göydələn hibriti, hava gəmisi, bio-reaktor və hava təmizləyən bağı özündə birləşdirir.
Bumeranq
Gəmilər üçün müxtəlif əyləncələri özündə birləşdirən mobil port. Özünün enerji mənbəyi olan bu portu ada da adlandırmaq olar.
Supergəmi
Zaha Hadid bu gəminin dizaynını sualtı dünyadan ilhamlanaraq yaratmışdır. Məhz orada yaradıcılığında istifadə edəcək struktur və formaları tapmışdır. Ekzoskleti xatırladan gəmi həm xarici, həm iç görünüşü ilə insanı heyran edir.
Kruiz dirijablı
O, sanki "Ulduz döyüşçülər" filmindəki gəmiyə oxşayır, amma daha xoşniyyətlidir. Dizayner Mak Bayersin məqsədi səyahət üçün rahat nəqliyyat vasitəsi yaratmaq idi. İçərisi çox futuristik görünür. Geniş məkan, parlaq rənglər və aşağıya baxdıqda möhtəşəm mənzərə. Layihə hava gəmisinə başqa tərəfdən baxmaq üçün imkan yaradır.
İdarə olunan tropik ada
London şirkəti "Yacht Island Design"-in yaratdığı möcüzə. Öz şəlaləsi, şəffaf gölü və hətta balaca vulkanı olan gəzən tropik ada.
Monako küçələri
Daha bir "Yacht Island Design"-a məxsus layihə. Lüks gəmi özündə Monakoya məxsus bir neçə məşhur məkanları yaradıb. Bunlar "Otel de Pari", kazino "Monte-Karlo", restoran "Kafe de pari" və Monakonun Qran-pri marşrutunu təkrarlayan kartinqdir.
Nəhəng şəhər gəmisi
Üzən şəhərə nə deyirsiz? Bu "Anlantis II" adında üzən şəhərdir. Onun sahəsi Nyu-Yorkun mərkəz parkının sahəsinə bərabərdir. Onun nəhəngliyi əlbəttə görənləri təəccübləndirir.
Şirin suları təmizləyən yaşıl ada
"Fazaliya" adında üzən gəmi bütün çayları və şirin suları təmizləmək məqsədi ilə yaradılmışdır. Nəqliyyat öz bağlarını təmizləməkdən ötrü biofiltro ilə təchiz olunub. Bundan başqa, ideal yaşıllığı olan bu ada bir çoxlarınız üçün yaxşı "kurort" ola bilər.
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?