Maraq dünyası
Tovuz sakininin qeyri-adi ixtiraları - - VİDEO/FOTO
Dünyada bacarıqsız insan yoxdur. Sadəcə o qabiliyyəti üzə
çıxarıb inkişaf etdirmək lazımdır. Tovuzun Dönük-Qırıqlı kənd
sakini Aqil Məmmədov kimi. O, özündə olan yaratmaq qabiliyyətini
real həyatda təzahür etdirməyi bacaranlardandır.
Onun ilk əl işi ekskavatordur. O, bu modeli şpris, taxta və nazik
borulardan düzəldib. Çəkisi qədər də yük götürmək qabiliyyətinə
malikdir. Hərəkət trayektoriyası da real texnikadan fərqlənmir.
Onun kəşf etdiyi bu qurğu isə enerji sərfiyyatı olmadan suyu
özündən iki dəfə yuxarı qaldırmaq qabiliyyətinə malikdir. İki su
qabı bir-birinə nazik borularla birləşdirilib. İçərisində yaranan
sıxlıq suyu təziqlə bir qabdan digərinə itki vermədən ötürür. Bunun
üçün birinci qab hökmən daimi su ilə təmin olunmalıdır. Fizika
qanunlarının tətbiqi ilə enerji də almaq mümkün ola bilər.
Maraqlı kəşflərdən biri də bu qurğudur. Mühərrik və ya elektrik
enerjisi olmadan bir neçə dəqiqə öz hərəkət trayektoriyasında
fırlanır. Maketin hazırlanmasında taxta və rezin materialdan
istifadə olunub.
Müsahibim bildirir ki, daha çox qurğu düzəldə bilər. Buna mane olan
isə onun emalatxanasının, alətlərinin, maliyyə dəstəyinin
olmamasıdır. Hələ ki, ona bu işləri ərsəyə gətirməkdə atası və
dostları yardım edir.
Aqil mühəndislərdən məsləhət alaraq daha böyük işlər görmək
istəyir. Deyir ki, ixtirasını bir az da təkmilləşdirsə düzəltdiyi
qurğular ölkəmizin gələcək sənaye inkişafında da istifadə oluna
bilər. Və bir də arzusu var... Əl işlərindən ibarət sərgi
açmaq.
(arb)
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye