Maraq dünyası
30 dekabr
1926-ci il. Azərbaycanlı xanəndə, muğam ustası, Xalq Artisti Əbülfət Əliyev anadan olub (1926-1990). Ə.Əliyev Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Xanəndə “Leyli və Məcnun” operasında Məcnun, “Əsli və Kərəm”də Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl obrazlarını böyük məharətlə ifa edib. “Mədəniyyət salnaməsi. Əbülfət Əliyev” qısametrajlı sənədli televiziya filmi (2004) xanəndənin həyat və yaradıcılığına həsr olunub.
1989-cu il. Gəncə şəhərinin tarixi adı bərpa edilib.
Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə bərpa olunub. Zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Yelizavetpol adını ləğv edərək şəhərin adını özünə qaytarsa da sovetləşmədən sonra - 1935-ci ildə Gəncə Kirovabad adlandırılıb. Əlli dörd il sonra - 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb.
1922-ci il. Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaranıb (1922-1991). SSRİ əsasən indiki MDB dövlətlərinin ərazisində mövcud olub. Ümumilikdə dünyanın altıda bir hissəsi SSRİ-nin payına düşüb, əhalisinin sayına görə isə dünyada üçüncü yerdə olub. Altmış doqquz il mövcud olmuş SSRİ 1991-ci ildə dağılıb.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi