Dünyasını dəyişən məşhurlar, onlayn intiharlar... - Ötən il sosial şəbəkələrdə müzakirə edilənlər
Bizi izləyin

Maraq dünyası

Dünyasını dəyişən məşhurlar, onlayn intiharlar... - Ötən il sosial şəbəkələrdə müzakirə edilənlər

İstifadəçilərin dili ilə desək “alçaq 2016” itkilərə elə ilk aylardan başladı.

"Dünya tarixinin ən pis ili - 2016” sosial şəbəkədəki yüz minlərlə xəbər, paylaşım və videoçarxları izlədikdən sonra yola saldığımız il haqqında bu sözləri deyə bilərik.

Sosial şəbəkə istifadəçilərinin nə üçün 2016-cı ili pis xatırlamalarına il ərzində açılan müzakirələrlə aydınlıq gətirəcəyik.

Beləliklə, Publika.az ötən il sosial şəbəkədə ən çox müzakirə və tənqid edilən məqamları təqdim edir.

İtən həyatlar

İstifadəçilərin dili ilə desək “alçaq 2016” itkilərə elə ilk aylardan başladı. Xərçənglə 18 aylıq mübarizədən sonra Britaniyalı musiqiçi Devid Bovei dünyasını dəyişdi. Ondan bir neçə gün sonra “Harry Potter”in məşhur aktyoru Alan Rikman dünyasını dəyişdi.Bu xəbərləri sosial şəbəkədə müzakirə edənlər "Əvvəlcə Bovoi, sonra Rikman. 2016-cı il, sən hələ indi başlamışan, artıq bizdən iki nəfəri aldın. Daha neçə nəfəri alacaqsan? –deyə fikirlər paylaşıldı.

Ötən il bir çox məşhur dünyadan köçdü. Onlar arasında məşhur boksçu Məhəmməd Əli, Kuba lideri Fider Kastro da var. Dekabrın son günlərində “Ulduz müharibələri” filmində şahzadə Leyla rolunun ifaçısı kimi məşhurluq qazanan Kerri Fişerin ölümündən sonra sosial şəbəkədə müzakirələr daha da qızışdı.

"İlin sonuna cəmi bir neçə gün qaldı. Allah eləməsin, daha nələr olacaq? 2016-cı il daha sürətli qurtar", deyə çağırışlar etdilər. Fişerin ölümü barədə ən böyük çağırışı isə Cənubi Kaliforniyada internet televiziyasının aparıcısı Betti Uayt etdi.

Meymunun vurulması

Sosial şəbəkədə ilin ən çox müzakirə edilən mövzularından biri də Çinçinnati heyvanat parkında 17 yaşlı Xarambe ləqəbli nadir düzənlik qorillasının öldürülməsi oldu. Qorilla park əməkdaşları tərəfindən öldürülmüşdü. Onlar bunu 4 yaşlı uşağı meymunun əlindən xilas etmək üçün etdiklərini desələr də, sosial şəbəkə istifadəçiləri onları qınamaqda davam etdilər.

Hətta uşağın meymunun bu qədər yaxınına getməsində də məhz park əməkdaşlarını günahlandırdılar. Bu məqamda onu öldürməkdənsə, sakitləçdirici iynə ilə zərərsizləşdirilməsini bəyan etdilər. Hadisə barədə məlumat qısa zamanda yayıldı. Heyvanat parkının rəhbərliyi hadisəyə açıqlama gətirməyə çalışsa da, bütün cəhdlər əbəs yerə idi. Amerikalılar Xarambe məsələsinə o qədər həssas yanaşdılar ki, hətta prezident seçkilərində qorillanın namizədliyi üçün 11 mindən çox səs toplandı.

Qəzalar və terrorizm

Sosial şəbəkə istifadəçilərinin ən çox müzakirə etdiyi mövzuları sırasında qəzalar və terrorizm də ön sıralardadır. Hansı ki, bu hadisələri il ərzində bir neçə dəfə müşahidə etdik. Bütün müzakirələr barədə yalnız ameriklı yazıçı Corc Martinin “twitter”də paylaşımını oxumaq yetərlidir.

“Bura bax 2016. Orlandoda terror aktı, Nitşedə terror aktı, Berlində terror aktı, Parisdə terror aktı, Brüsseldə terror aktı. Xoşuna gəlir?"

Ötən il Yemişandan zəhərlənmə, səfir Andrey Karlovun qətli, Meksikada partlayışla da yadda qaldı.

Sosial şəbəkələrdə iyulun 15-də Türkiyədə çevriliş cəhdini də unutmadılar.

Xırda xoşagəlməz hadisələr

Sosial şəbəkə istifadəçiləri həmçinin 2016-cı ildə ən məşhur hollivud cütlüyü Ancelina Coli və Bred Pitin boşanması xəbərlərinə də hiddətləndilər.

Onlayn intiharlar

Sosial şəbəkələrdə ötən il yadda qalan hadisələrdən biri də onlayn intiharlar oldu. Ötən ildə Türkiyədə 22 yaşlı Ərdoğan Seren adlı gənc "Faceboo"da birbaşa yayım zamanı intihar etdi. Ölümqabağı yazdığı şeiri də sevdiyi qıza həsr etdiyini yazdı: "Gözlərimiz göz yaşları tökməyəcək, sevgi de ki, sən gedirsən, sənsiz atəşdə qalan mənim əllərimdir".

"Gümüş yağış" radiosunun aparıcısı Aleksandr Bunin “Facebook”-da intiharı barədə yazdı. Dostlarının diqqəti və polisin səyi nəticəsində onun həyatını xilas etmık mümkün oldu.

Oxşar hadisə Çində də yaşandı. 52 yaşlı Çin vətəndaşı sosial şəbəkədə intihar etmək istədiyini paylaşdı. Onun da həyatını xilas etmək mümkün oldu.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm