Maraq dünyası
Yaşı 3 milyard ildir: İDDİA TƏSDİQLƏNDİ - - VİDEO
Alimlər Şərqi Afrikadakı ada ölkəsi Mauritiusun yerləşdiyi ərazidə üç milyard il əvvəl bir qitənin olduğunu müəyyən ediblər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin apardığı tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib.
Daha əvvəl Hind okeanının platformasında kəşf edilən quru ərazinin “itkin qitə”yə aid olduğunu iddia edən alimlər bu tezisi təsdiqləyiblər. Araşdırmaçılar vulkanik lava içindəki kristallar vasitəsilə dəniz altında gizli qitəyə bağlı dəlillər kəşf ediblər. Təxminən 2,5-3 milyard il əvvələ aid zirkon kristal hissələri okean döşəməsində tapılıb.
Norveç, Cənubi Afrika Respublikası, Almaniya və İngiltərədən olan alimlər 2013-ci ildə Hind okeanının platformasında 50-80 milyon il əvvələ aid olan və təxminən 25-30 kilometr qalınlığında bir quru kütləsi aşkar etmişdi. Alimlər qitələrin bir-birindən ayrılması prosesi zamanı nəhəng dalğaların altında qalaraq okeanın dərinliklərində “dəfn” edildiyi hesab olunan itkin qitəyə “Mauritia” adını vermişdilər.
Təxminən 1 milyard il əvvəl “Rodinya” adı verilən tək bir qitənin olduğuna diqqət çəkən alimlər daha sonra super qitənin hissələrə ayrıldığını bildirirlər.
Ömər
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı