Yaponiyaya milyardlar qazandıran azərbaycanlı DAHİ - İNFOQRAFİKA
Bizi izləyin

Maraq dünyası

Yaponiyaya milyardlar qazandıran azərbaycanlı DAHİ - İNFOQRAFİKA

Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır.

Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə 1921-ci il fevralın 4-də anadan olub.

ABŞ-ın Berkli Universitetinin professoru olan Lütfi Zadənin dünya elminə 6 mühüm nəzəriyyəsi məlumdur. Ona dünya şöhrəti qazandıran dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq.

Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib. Görkəmli alimin həyatı və nailiyyətləri ilə daha yaxından Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm