• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

İşçi axtarılır - 60 min manat maaşa

İşçi axtarılır - 60 min manat maaşa

Bukingem sarayı Kraliça II Elizabetin Tvitter səhifəsinin idarə edilməsi üçün işçi axtarır.

Publika.az xəbər verir ki, artıq kraliçanın rəsmi saytında bu barədə məlumat yayılıb.

Belə ki, Kraliçanın 2.77 milyonluq izləyicisinin olduğu Tvitter səhifəsini idarə edəcək şəxsə ildə 30 min sterlinq (təxminən 60 min manat) veriləcək. Həmin şəxs Kraliyyat ailəsi ilə bağlı məlumatları rəsmi Tvitter səhifəsində yayacaq, həmçinin yutub və feysbuk səhifələrini də idarə edəcək. Həmçinin rəsmi görüşlər barədə də məlumat paylaşacaq.

İşə qəbul ediləcək şəxslə ildə 30 min sterlinqlə yanaşı, 15 faizlik təqaüd payı, fərdi inkişaf təhsillərini də ehtiva edən əhatəli bir fayda paketi vəd edilir. Namizəddən ali təhsil, veb-sayt idarə edilməsində təcrübəsi, yaradıcılıq qabiliyyəti, foto və video məsələlərində məlumatlılıq tələb edilir.

Kraliçanın 2016-cı ilin aprel ayında da sosial media redaktoru axtardığı açıqlanmışdı.

Gülxar

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR