Maraq dünyası
Gizli kəşfiyyat sirlərimizə necə YİYƏLƏNİR? - Məxfi sənədlər ORTALIĞI QARIŞDIRDI
“Wikileaks”in “Vault7” adı altında ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (CİA) 8 min 761 məxfi sənədini yayması ilə dünya
qarışıb.
Publika.az xəbər verir ki, yayılan məxfi sənədlər bu günə
qədər CİA-dan sızdırılan ən böyük materiallardır.
Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və
“Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu
“Facebook” üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə
Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb.
Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün
ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik
olaraq CİA-nın mərkəzinə ötürülür.
Bununla yanaşı, “ıPhone” və “ıPad” üzərindən də izlənmə həyata
keçirilir.
Məxfi sənədlərdən aydın olur ki, ABŞ kəşfiyyatı avtomobillərin
motorunu kənardan idarə etmək üsulları üzərində işləyir. Yəni
hədəfdə olan istənilən adama heç bir iz buraxmadan sui-qəsd etmək
mümkün olacaq.
Məlumatlara görə, hətta söndürülmüş kompüterlərə də sıza
bilirlər.
Məxfi sənədlərin yayılmasından sonra CİA və ABŞ Federal Tədqiqatlar
Bürosu (FTB) hərəkətə keçib.
CİA bəyanat yayaraq bildirib ki, “Wikileaks” amerikalıların
həyatını təhlükəyə atır.
“Amerika xalqı “Wikileaks”in, digər kəşfiyyat xidmətlərinin
Amerikanı terrorçulardan və düşmənlərdən qorumaq vasitələrinə zərər
verəcək hər cür ifşasından narahat olmalıdır”, - deyə bəyanatda
bildirilir.
Hazırda məsələ ilə bağlı cinayət işi qaldırılıb.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR