Sokrat buna görə Ginnesin Rekordlar kitabına düşdü
Bizi izləyin

Maraq dünyası

Sokrat buna görə Ginnesin Rekordlar kitabına düşdü

Bunu reallaşdıra bilməyib.

İnsan öz arzusunun izindən getmək üçün heç vaxt yorulmamalıdır. Hər halda yaşından asılı olmayaraq, arzularını həyata keçirən insanlara baxanda belə demək olar. Məsələn, 74 yaşlı britaniyalı Janna Sokrat 1997-ci ilə qədər universitetdə riyaziyyat müəlliməsi olaraq işləyib. Sonra 54 yaşındaykən kiçik yaxta alıb, səyahətə çıxmaq istəsə də bunu reallaşdıra bilməyib.

Publika.az xəbər verir ki, ərinin ölümündən sonra tək qalan yaşlı qadın nəhayət, Yer kürəsini gəzməyi qarşıya məqsəd qoyur. Bunun üçün hətta Londonun mərkəzində illərlə yaşadığı evini də satır. Bu zaman artıq onun 70 yaşı vardı. Yaxınları onu bu səyahətdən çox çəkindirməyə çalışıblar. “Yaşlı qadınsan, xəstələnərsən, köməksiz qalarsan”, - deyərək daşı ətəyindən tökməyə çalışsalar da Janna inad edib.

Nəhayət “Nereida” adlı 11 metrlik yaxtası ilə yola düzəlib. Janna Sakit Okeandan Atlantik okeanına keçib ordan da geri qayıtmağı düşünsə də, ilk cəhddə alınmayıb. Cənubi Afrika sahillərində yaxtası zədələnib. Afrikadan yalnız üçüncü cəhddə çıxa bilən keçmiş müəllimə 259 günə səyahətini başa vurub. Bununla da tənha halda dünyanı gəzən ilk yaşlı qadın kimi Ginnesin Rekordlar kitabına düşüb.

“Yaşımı soruşanlara cavab verəndə üzümə məyus halda baxırdılar. Dərhal anlayırdım ki, fikrən məni ya Qocalar Evinə göndərirlər, ya da məzara... Amma heç gənclərin edə bilmədiyinə cəsarətim çatdığını görəndə insanların gözlərinin təəccübdən böyüməsi xoşuma gəlir”, - deyə “müasir Sokrat” bildirib.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm