Bu ölkələrdə saqqal saxlamaq QADAĞANDIR - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Bu ölkələrdə saqqal saxlamaq QADAĞANDIR - - FOTOLAR

Bir çox ölkələrdə həddindən artıq uzun saqqal saxlamaq qadağan olunub.

Aprel ayında Çin hakimiyyəti Sincan-Uyğur ərazisind üzü bağlayan geyimləri və çox böyük saqqal saxlamağı qadağan edib. Çinin bu ərazisində ən böyük müsəlman icması yaşayır. Separatizm və terrorizmlə mübarizə üçün bu kimi tədbirlər görülür.

Publika.az xəbər verir ki, bir çox başqa ölkə və regionlarda da həddindən artıq uzun saqqal saxlamaq qadağan olunub. Onların siyahısını təqdim edirik :

1-ci Pyotr 1705-ci il yanvarın 16-da Qərblə yaxınlaşma çərçivəsində saqqalların və bığların kəsilməsi haqqında fərman vermişdi. Xüsusən boyarlara aid edilən fərmanın məqsədi rusların avropalılara daha çox bənzəməsi idi. Fərman tez bir zamanda hər yerdə elan olundu. Deyilənə görə,1-ci Pyotr fərmana qarşı çıxan şəxslərin saqqallarını şəxsən özü kəsirdi.

Amerikanın İllinoys ştatında bir çox yanğınsöndürmə məntəqələrində çalışan işçilərin qalın saqqal saxlaması qadağan olunub. Saqqal respiratorun üzün dərisinə yaxşı oturmasına mane olur və bu yanğın zamanı təhlükə yaradır. Buna baxmayaraq, çoxları bu qaydaya riayət etməyiblər. Bəzi yanğınsöndürmə məntəqələri isə bir şərtlə saqqal saxlamağa icazə veriblər ki, respirator taxanda mane olmasın. Amerikada işləyən müsəlman yanğınsöndürən bu qanuna görə ştat məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdi. Lakin hakim qadağanı təhlükəsizlik tədbiri kimi qiymətləndirib və qüvvədə saxlayıb. Amerikada yanğınsöndürənlərin bığ saxlaması azaddır.

Katolisizmdə bu mövzuda birbaşa qadağa yoxdur. Amma katolik keşişlərin əksəriyyəti seyrək saqqal saxlayırlar. Belə düşünülür ki, İsa peyğəmbər saqqal saxlayıb və keşiş saqqal saxlayarsa, özünü onunla bir sıraya qoymuş olar. İkinci fərziyələrdə isə deyilir ki, xristianlığı qəbul etmiş qədim romalılar saqqal saxlayanların üzünü sıx bitki örtüyünə bənzədirmiş. Orta əsrlərdə bəzi roma papaları saqqal saxlayıblar. Elə indi də hindistanlı katolik kardinal Bacelius Klemis saqqal saxlamağa üstünlük verir.

Pakistanda saqqal və bığ saxlamaq qadağan deyil. Sadəcə Pakistan ordusunda xidmət edən əsgərlər saqqal saxlayanda da, kəsəndə də özlərindən böyük rütbəli yoldaşlara bildirməlidilər. Görünüş baxımından saqqal onları dəyişdirir və bu qeydiyyat zamanı qarışıqlıq yaradır.

Birinci Dünya Müharibəsi ərəfəsində orduda xidmət edən Adolf Hitlerin qalın bığları olub. Əleyhqaz taxanda mane olduğu üçün o, bığlarını kəsir. Sonralar Hitler "fırça" bığ saxlamağa başlayıb. Çox keçmədən bu forma 20-ci əsrin məşhur stilinə çevrilib. İkinci Dünya Müharibəsindən sonra bu forma həm dəbdən düşmüşdü, həm də artıq heç kim özünü Hitlerə oxşatmaq istəmirdi.

Özbəkistanda saqqal saxlamaqla bağlı rəsmi heç bir qadağa yoxdur. Amma hakimiyyət nümayəndələri həddindən artıq qalın saqqal saxlayan gəncləri şübhəli şəxs qismində polis bölmələrinə gətirib israrla üzlərini qırxmalarını tələb edirlər. Tələblərə qarşı gələn gəncləri bəzən həbs edirdilər.

Bir çox böyük şirkətlərdə standart geyim formaları kimi, bığ saxlamağın xüsusi forması var. Hamının yaxşı tanıdığı "Walt Disney" şirkətinin əməkdaşları eyni formada səliqəli şəkildə bığ saxlayıblar. Bu, artıq şirkətin xarici görünüş ilə bağlı qaydalarına daxil idi.

Fransanın əcnəbilərdən ibarət pioner legionunda isə parada saqqalla çıxmaq şərt idi. Pionerlərə Bastiliyanın anım gününə həsr edilmiş paradda saqallaını qırxmaq qəti qadağandır. Yalnız formasız olanda saqqalarını qırxmağa icazələri var. Bu, onlarda ənənə halı alıb.

Amerika əsgərlərinə saqqal saxlamaq olmaz. Onlar hər gün təmiz və səliqəli şəkildə olmalıdırlar. Yüksək vəzifəli komandirin icazəsi olarsa, müəyyən müddət saqqal saxlamağa icazə var. Ordudaxili Nizamnaməyə görə, bığ saxlamaq olar. O şərtlə ki, uzunluğu 1-2 sm-i keçməsin və həmişə səliqəli olsun.

Rusiya höküməti orduda saqqal və bığ saxlamağa qadağa qoymayıb, amma icazə də verməyib. Ordudaxili Nizamnamədə yazılıb ki,əgər zabitlər bığ saxlayırsa, o, gigiyenik normalara cavab verməli, səliqəli saxlanmalı və ekstrimal hallarda respirator və əleyhqazların taxılmasına mane olmayacaq şəkildə olmalıdır. 2008-cu ilə qədər nizamnamə zabitlərə şamil olunurdusa, sonradan bu, bütün hərbi qulluqçulara aid edildi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm