Dünya üzrə ən bahalı 10 saat - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünya üzrə ən bahalı 10 saat - FOTOLAR

Dünyada yaşayış səviyyəsinə görə insanlar 3 qrupa bölünür: aristokratlar, orta təbəqə və aşağı təbəqə. Təbii ki hər sinfin özünə uyğun kateqoriyaları da mövcuddur. Unikal, orijinal, yüksək keyfiyyətli məhsulların, aksesuarların və.s qiyməti hər zaman baha olur. Nəzər alsaq ki, söhbət dünya şöhrətli brendlərdən gedir, bu qiymət milyonlarla dollarla ölçülür. Bunlara bahalı saf almazlar, briliyantlar, qızıl, dinozavr sümüyündən suvenirlər, platin, saatlar, ətirlər, geyim və digər aksesuarları aid etmək olar.

Publika.az sizə dünyanın ən bahalı brendlərinin istehsalı olan saatların ağlasığmaz qiymətlərini təqdim edir:

1. Graff Hallucination - qiyməti 55 milyon dollar.

Saat dünyada 2017-ci ilin ən bahalı saatıdır. İnanılmaz qiymətin səbəbi saatın qolbağının 110 karatlıq nadir tapılan rəngli brilyantlarla işlənməsidir.

2. Graff Diamonds The Fascination - qiyməti 40 milyon dollar. Saat 152,96 karatlıq unikal ağ briliyant və dəyərli daşlarla işlənib.

3. Breguet Grande Complication Marie-Antoinette - qiyməti 30 milyon dollar. Saat Fransa kraliçası Mariya Antuanetta üçün xüsusi hazırlanıb. 1782-ci ildə işlənməyə başlanıb. Zərgər öləndən sonra 1827-ci ildə işi oğlu davam etdirib. Saat 1900-cü ilin sonlarından oğurlanıb. 2007-ci ildə tapılan bu dəyərli əl işi hazırda L.A.Mayerin sənət muzeyində saxlanılır.

4. Chopard 201-Carat - qiyməti 25 milyon dollar. Saat brendin ən dəyərli parçası hesab olunur. 874 201 karatlıq nadir almazlarla işlənib. Saat 2000-ci ildə satılıb.

5. Patek Philippe Henry Graves Supercomplication - qiyməti 24 milyon dollar. Saatın hazırlanmasına 8 il vaxt gedib. Dəyərli parça məşhur bankir Henri Qreryvsin şərəfinə adlandırılıb. Dünyada ən bahalı və yeganə nüsxəsi olan saatın sahibi məhz Henri olub. Daha sonra 1999-cu ildə saat 11 milyon dollara Qətər kralının ailəsinə satılıb.

6. Jacob & Co Billionaire - qiyməti 18 milyon 268 min dollar.

Saat zümrüd daşlarla və 260 karatlıq brilyantlarla işlənib. Saat məşhur italyan biznesmeni Flavio Briatore üçün xüsusi olaraq yaradılıb və soyadını daşıyır.

7. Patek Philippe 1518 - qiyməti 11 136 642 dollar.

Kifayət qədər qəribə mexanizmə sahib olan saat ən bahalı saat nominasiyası üzrə dünya rekorduna daxil olub.

8. Vacheron Constantin Reference 57260 - qiyməti 8 000 000 dollar. İsveçrəli saatsazı tərəfindən hazırlanan saat onun adını daşıyır. Saatın korpusu 18 karatlıq ağ qızıldan hazırlanıb. Üzərində 242 müxtəlif qiymətli daşlardan istifadə olunub. Qalınlığı 36 mm-dir.

9. Hublot Big Bang - qiyməti 5 000 000 dollar.

Hublot 3 karatlıq 1280 növ brilyantlarla işlənib. Saatın üzərində Yer kürəsində olan bütün briliyantlara rast gəlmək olar. Saat məşhur amerikalı saatsaz tərəfindən hazırlanmışdı.

10. Louis Moinet Meteoris - qiyməti 4 600 000 dollar. Saat dəstdir. Tərkibinə 3 əlavə saat daxildir. Günəş sistemini xatırladır. Saatsaz saatı alan insanın kiçik günəş sisteminə sahib olacağını deyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm