Maraq dünyası
Bill Geyts uşaqlarını belə TƏRBİYƏ EDİR: 14 yaşa qədər...
“Microsoft” şirkətinin yaradıcısı Bill Geyts uşaqlarına verdiyi tərbiyə ilə bağlı bəzi məqamları açıqlayıb.
Publika.az xəbər verir ki, o, sonuncu müsahibəsində 14 yaşına qədər uşaqlarına telefondan istifadəni qadağan etdiyini deyib.
O, ən balaca qızının yatmazdan əvvəl neçə saat ekran qarşısında olmasını belə məhdudlaşdırdığını açıqlayıb.
Texnologiya sahəsində yenilikləri ilə tanınan Bill Geyts yemək masasında və yatmazdan əvvəl telefon istifadəsinə qarşı olduğunu deyib: “Yemək yeyərkən heç vaxt mobil telefonumuz yanımızda olmaz, 14 yaşa qədər uşaqlarıma telefon vermədim. Digər uşaqların erkən yaşda istifadə etdiklərindən yaranan şikayətləri tez-tez eşidirdim”.
B.Geyts uşaqlara mütləq texnologiyadan istifadədə məhdudiyyət qoyulmasının tərəfdarı olduğunu deyib.
“Daim onların telefonu daha yararlı məqsədlər üçün istifadə edib-etmədiyinə nəzarət edin. Məsələn, ev tapşırıqlarına kömək etmək və ya dostları ilə xəbərləşmək kimi məqsədlərlə istifadə edə bilər. Amma burada da sərhədlər aşılmamalıdır”, - deyə 61 yaşlı Geyts valideynlərə məsləhət də verib.
Jurnalist dünyanın ən zəngin adamının müsahibə zamanı qolunda 8 sterlinq dəyərində saatının olmasına da diqqət çəkib.
Qeyd edək ki, o müsahibə boyunca uşaqları 20 yaşlı Cenifer, 17 yaşlı Rory, 14 yaşlı Fobenin “Apple” istifadə edib-etmədiyini açıqlamayıb. Milyarder özü isə hamburger, Burger King və McDonalds məhsulları sevdiyini etiraf edib.
Gülxar
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO