Maraqlı ADDIM: burada lüt şəkil çəkdirən hər kəs...
Bizi izləyin

Maraq dünyası

Maraqlı ADDIM: burada lüt şəkil çəkdirən hər kəs...

Maraqlı bir üsula əl atıb.

Biznes rəqabətindən qalib çıxmaq üçün şirkətlər nələrə əl atmırlar. Dizayn, tərtibat fərqliliyi, xidmət güzəştləri və s. Amma Avstraliyanın “Art Series Hotel” şəbəkəsi daha maraqlı bir üsula əl atıb.

Publika.az xəbər verir ki, bu hoteldə dincələnlər lüt şəkil çəkdirə biləcəklər. Bundan sonra həmin şəkli Hotellər qrupunun təsis etdiyi rəssama göndərəcəklər. O da foto əsasında rəsm çəkəcək. Üzünün görünməsini istəməyənlər də nəzərə alınacaq.

Çılpaqlıq aksiyası mayın 1-dən iyunun 15-nə kimi davam edəcək. Hoteldə turistlər 229 dollar verməklə həm bədənini əbədiləşdirəcək, həm də bir gecə hər şey daxil dincələ biləcəklər. Amma turistlər bu şəkli #norobe heştaqı ilə yaysalar, onda istirahət onlara pulsuz başa gələcək.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm