• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Dünya liderlərinin cah-cəlallı İQAMƏTGAHLARI - FOTOLAR

Dünya liderlərinin cah-cəlallı İQAMƏTGAHLARI

Hər gün mətbuatda gedən informasiyalarda eşitdiyimiz "Ağ ev" rəsmiləri, "Ağ evin" prezidenti və s. kimi ifadələr "Ağ ev" barədə xüsusi maraq doğurur. Amerikanın lideri Donald Trampın Ağ evdə qərarlaşdığını artıq hər kəs bilir. Bəs görəsən, dünyanı idarə edən başqa liderlər harada və necə yaşayır?

Təbii ki, sıravi insanlardan fərqli olaraq, onlar təmtəraqlı malikanələrdə, saraylar və hətta bu dövr üçün incəsənət nümunəsi sayıla biləcək qədər yaşı olan evlərdə yaşayırlar.

Publika.az sizə dünyanın ən güclü, nüfuzlu liderlərinin cah-cəlallı iqamətgahlarının siyahısını təqdim edir:

1. Braziliyanın demək olar ki, gəlmiş-keçmiş bütün prezidentlərinin iqamətgahı olmuş məşhur "Alvorada Sarayı" və ya başqa adla desək "Şəfəq Sarayı".

1956-cı ildən istifadəyə verilən saray Alfredo Çeskyattinin incəsənət nümunələri ilə modern quruluşda işlənib. Binanın birinci mərtəbəsində nəhəng qonaq otağı, aşağı mərtəbədə konfrans zalı, mətbəx, çamaşırxana və başqa xidməti yerlər var. İkinci mərtəbədə isə prezidentin və onun ailə üzvlərinin otaqları yerləşir.

2. 1722-ci ildə tikilmiş saray qızıl içində üzür. Parisdə məşhur Yelisey yaxınlığında yerləşən Yelisey sarayı 19 əsrdən Fransa respublikasının prezidentlərinin rəsmi iqamətgahıdır.

2012-ci ildən burada Fransua Olland yaşayır. Çox gözəl interyerə malik binada Fransa prezidentlərinin əlamətdar mərasimləri keçirilir. Binada yerləşən geniş zal həm də konfranslar və banketlər üçün nəzərdə tutulub. Fransa prezidentinin şəxsi kabineti qızıldan stol-stul, masa, divar bəzəkləri sayəsində Qızıl Otaq adı ilə məhşurlaşıb.

3. Tokionun mərkəzi parkının ortasında ətrafı xəndək və qalın daş divarlarla mühasirəyə alınmış geniş ərazidə Yapon imperatorunun sarayı yerləşir. İmperator Akixito ailəsi və yaxınları ilə birlikdə bu sarayda yaşayır.

4. Prezident malikanələri içərisində ən məşhuru "Ağ ev"dir.

Vaşinqtonda yerləşən Ağ evin ən maraqlı otağı Oval kabinetdir. Burada prezident Tramp diplomatlarla, yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirir. Ağ evdə iki yemək otağı var. Biri ev əhalisi üçün, digəri rəsmi nahar yeməkləri üçün.

5. Vyetnamda 1906-cı ildə tikilmiş saray fransız general-qubernatoru üçün nəzərdə tutulmuşdur. Lakin bu gün həmin tarixi bina yalnız rəsmi görüşlər üçün istifadə olunur.

Karp gölüylə mühasirəyə alınmış bina kənardan Avropasayağı görünüş verir. Saray məşhur fransız memarının layihəsi əsasında tikilib.

6. Böyük Britaniya kraliçası ikinci Yelizaveta 1837-ci ildən Britaniya hökmdarları üçün tikilmiş Bukinhem sarayında yaşayır.

Möhtəşəm saray 775 normal və 52 kral yataq otağından ibarətdir. Sarayda xidmət göstərən personal üçün ayrıca 188 otaq, 92 kabinet və 78 tualet otağı ayrılıb.

7. Britaniyanın baş naziri Londonda, daha dəqiq ünvanla desək Dauninq küçəsi-10 ünvanında yaşayır.

Hazırda bu vəzifəni Tereza Mey tutur. Tereza Mey həyat yoldaşı Flipplə burada yaşayır.

8. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada Ağ Sarayda yaşayır.

ABŞ və Türkiyə liderlərinin yaşadığı iqamətgah adlarına görə bir-birinə çox bənzə də, liderlər qətiyyən bir-birini xatırlatmır. Nəhəng sarayın tikintisinə 615 milyon dollar xərclənib. İqamətgahda 1100-dən çox otaq var.

9. Berlinin mərkəzində tikilmiş Belvyu Sarayı 1994-cü ildən Almaniya prezidentlərinin rəsmi iqamətgahıdır.

1785-ci ildən böyük Fridrixin kiçik qardaşı üçün tikilmiş binanın yerində, ikinci Vilhelm dövründə məktəb, nasistlərin dövründə isə muzey olub. Bu gün isə Belvyu Sarayında Almaniya prezidenti Frank Valter Ştaynmayer yaşayır.

10. Romada yerləşən nəhəng Kvirinalski sarayı İtalya respublikasının prezidentinin üç iqamətgahından biridir.

Saray 30 roma papasına, 4 italyan kralına və 12 prezidentə xidmət edib. İtaliya prezidenti Serco Mattarella 16-cı əsrdə tikilmiş sarayı cəmiyyətin ixtiyarına verib. Bu gün saray müvəqqəti və daimi sərgilər üçün istifadə olunur.

11. Vaduz şəhərində təpədə yerləşən tənha qalada Lixtenşteyn knyazı ikinci Hans-Adəm yaşayır.

Qala avqust ayından ictimaiyyət üçün qapalıdır. Əhəmiyyətli və özəl günlərdə qala ətrafında, bağ və tarlalarda izdihamlı xalq gəzintiləri təşkil edilir.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR