Yapon kişilərinə buna İCAZƏ VERİLDİ
Bizi izləyin

Maraq dünyası

Yapon kişilərinə buna İCAZƏ VERİLDİ

Yapon kişilərinə qadağa aradan qalxdı.

Yapon kişilərə isti havalarla əlaqədar olaraq işə qalstuksuz gəlməyə icazə verilib.

Publika.az xəbər verir ki, sərt qaydaları ilə ad çıxarmış Yaponiyada kişilərə qalstuk taxmadan iş yerinə daxil olmağa icazə verilmirdi. Bu, yay-qış belə olmalıydı. Son illərdə qaydalar mülayimləşib, amma insana görə deyil, işığa qənaətə görə. Boşuna Yaponiyaya robotlar ölkəsi demirlər. Burada yüksək savadlı mütəxəssislər nəinki robotlar düzəldirlər, elə özləri də robot kimi çalışırlar. Onlara insandan çox, işləyən, danışan, ətdən-qandan ibarət robot kimi baxırlar.

Lakin 2005-ci ildən ölkənin Atom Elektrik Stansiyasında elektrik təchizatının azalması ilə əlqədar elektrikə qənaət kampaniyası başladıldı. Məlumdur ki, kostyum və qalstukda işləyən əməkdaşlar kondisioneri gün ərzində çalışdırmalı olacaq. Bu isə nə şirkətə, nə də dövlətə sərf eləmir.

Ona görə də qalstuksuz geyimə icazə verilsə də ənənəvi yapon kafası tamamilə “sız” versiyasını qəbul etmir. Bunun əvəzinə ipək bağlardan ibarət elastik lentlər, yungül kostyumlar hazırlanır.

Qeyd edək ki, əvvəllər iyunun 1-dən sentyabrın 1-nə qədər bu sistemlə çalışılırdı. Bu ildən etibarən isə mayın 1-dən oktyabrın 1-dək “isti mövsüm güzəşti” davam edəcək.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm