Onların ƏN ƏDALƏTLİ heyvan olduğunu bilirdiz?
Bizi izləyin

Maraq dünyası

Onların ƏN ƏDALƏTLİ heyvan olduğunu bilirdiz?

İtlər və canavarlar da ədalət hissinin nə olduğunu bilirlər.

Publika.az xəbər verir ki, alimlər bu “bir dəridən çıxmış” heyvanların genetik olaraq kodlarında bəzi insani hislərin olduğunu deyirlər.

Bunun üçün təcrübə aparılıb. İtlər və canavarlar ayrı-ayrılıqda qrup şəklində tapşırıqlar yerinə yetiriblər. Hər iki heyvan qrup halında ikən eyni işləri gördüyü halda, yemək payını fərqli alıblar. Birinə bir tikə ət, digərinə ikisi verilib. Az pay alan heyvana ikinci dəfə iş gördürmək mümkün olmayıb. Yəni ədalətlilik prinsipinə görə işləyirlər: “eyni işi gördüyümüz halda o niyə məndən artıq almalıdır?”.

Tək halda tapşırıq aldıqda isə verilən payın miqdarına əhəmiyyət verməyiblər. İtlərin bu hissi alimlərə məlum idi. Amma onlar elə hesab edirdilər ki, bu heyvanlar əhilləşdikdən sonra belə hissləri formalaşdırıblar. Canavarlarda da eyni hisslərin olduğunu gördükdən sonra fikirlərini dəyişməli olublar.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm