Dünya bu qızdan danışır - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünya bu qızdan danışır - - FOTOLAR

Diaqnozdan sonra 1 il ərzində ləkələr bütün bədəninə yayılır.

“Vitiliqo” dəri xəstəliyindən əziyyət çəkən gənc qız bir vaxtlar gizli saxlamaq üçün əlindən gələni etdiyi bədənini artıq qürur hissiylə nümayiş etdirir. Bununla o, digər vitiliqolularda da özünəinam formalaşdırır.

Publika.az xəbər verir ki, Aş Soto hələ 12 yaşında boynunda kiçik bir iz fərq edir. Öncə əhəmiyyətli bir şey olmadığını düşünür, lakin zaman keçdikcə izlər çoxalmağa başlayır. Anası dermotoloqa aparanda balaca qıza “vitiliqo” diaqnozu qoyulur.

Diaqnozdan sonra 1 il ərzində ləkələr bütün bədəninə yayılır.

Aş illərlə bu ləkələrini gizlətmək üçün səy göstərir. Üzünü makiyajla bağlamağa çalışarkən, uzun qollu köynəklərlə əllərini və şalvarlarla ayaqlarını örtürdü.

İndi 21 yaşında olan Aş belə dərini qəbul etməyə başladığını bildirir: “Hər şeyi anladım və bədənimlə yaşamağa öyrənməyə qərar verdim".

Bunun üzərinə Aş yaxşıca düşünüb daşındıqdan sonra bir “Instagram” səhifəsi açaraq ən təbii, ən həqiqi hallarını bölüşməyə qərar verib. "İnsanlar özünə inamımı və bədənimlə necə xoşbəxt olduğumu görsünlər" - deyə, “Instagram” səhifəsində qeyd edir.

Gələn müsbət və səmimi şərhlər Aşı göz yaşlarına boğub. As özünəinam problemi yaşayan digər “vitiliqo” xəstələrinin da bədənləri ilə fəxr etmələrini istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm