Siçanlarla mübarizəyə 32 milyon dollar ayrıldı
Bizi izləyin

Maraq dünyası

Siçanlarla mübarizəyə 32 milyon dollar ayrıldı

Nyu-Yorkda 2 milyondan çox siçan var.

Nyu-York şəhərinin meri Bill de Blazio siçanlarla mübarizə üçün 32 milyon dollar vəsait ayırıb.

Trend-in məlumatına görə, yaxın vaxtlarda küçələrdə zibil qablarının dəmir konteynerlərlə dəyişdirilməsi prosesi başlanılacaq.

Qeyd edək ki, bir neçə ay əvvəl Nyu-York şəhərinin rəhbərliyi bir nəfərin siçanlardan keçən nadir xəstəlikdən öldüyünü bildirmişdi.

Müvafiq qurumun verdiyi məlumata görə, Nyu-Yorkda 2 milyondan çox siçan var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm