Maraq dünyası
Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı
Amerika Birləşmiş Ştatlarının Miçiqan əyalətində bəslədiyi tutuquşunun gözü qarşısında həyat yoldaşını öldürən Glenna Duramın məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, qadın həyat yoldaşını odlu silah vasitəsilə öldürüb.
Məhkəmə qadının birinci dərəcəli cinayətkar kimi həbsinə qərar verib.
Glenna həyat yoldaşı Martini 5 güllə ilə öldürdükdən sonra intihar etməyə cəhd edib, lakin sağ qalıb.
Hadisəyə şahidlik edən Bud adlı tutuquşunun “atəş açma” sözləri isə hakimin istəyinə rəğmən, dəlil kimi arxivə verilməyib.
Tutuquşuya baxmağı öz üzərinə götürən Martinin əvvəlki həyat yoldaşı Kristina tutuquşunun şahid kimi qəbul edilməsini istəyib. O, tutuquşunun orada olduğuna və Martinin dediyi bütün sözləri xatırladığına inandığını deyib.
Məhkəmənin hakimi də tutuquşunun şahid kimi dindirilməsini istəyib. Lakin məhkəmə heyəti tərəfindən bu tələb rədd edilib.
Buna baxmayaraq, cinayətin Glenna Duram tərəfindən törədildiyi sübuta yetirilib.
Zümrüd
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı