Maraq dünyası
İş yerində yatanlara ƏLA İMKAN
Gün ərzində iş saatından bir neçə dəqiqə ayırıb, masa üstündə də olsa yatmaq çoxları üçün adətə çevrilib. Lakin Çində işçiləri masa üstündə yatmaqdan xilas edəcək yenilik edilib.
Publika.az xəbər verir ki, artıq yatmaq üçün kosmik gəmilərə bənzər qutular hazırlanıb. Mobil ödəmə sistemi sayəsində kredit kartı və nağd pula ehtiyac olmadan ödəniş edib, bu imkandan yararlanmaq olur.
Taksi sürücüləri, market satıcıları, restoran sahibləri, hətta səyyar satıcılar da bir metr en, iki metr uzunluğa malik olan bu qutulardan istifadə edə biləcək. Ucuz və sərfəli olması ondan istifadə edənlərin sayını qısa zamanda artırıb.
Ödəniş telefonla həyata keçirəndən sonra həmin nömrə ilə qutunun qapısı açılır və yatmaq üçün sizi gözləyir. İnsanlar nə qədər yatmaq istədiklərini əvvəlcədən müəyyən edir. Hər istifadədən sonra aparat dezinfeksiya edilir.
Yarım saat yatmaq üçün 6 yuan (orta hesabla 1 manat), 11:00-dan 14:00-a qədər tələb yüksək olduğundan məbləğ 10 yuana yüksəlir.
Çox işləyən, xüsusən gecə saatlarına qədər işləməli olan şəxslər bu yenilikdən daha çox faydalanır. Bu yenilikdən yararlananların sayı 10 mindən çoxdur. Artıq işçilər yeməkdən sonra iş yerində yuxulamır.
Gülxar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR