• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Şopinqdə İNQİLAB: vərdişlərimizi kökündən dəyişən UNİVERMAQLAR

Şopinqdə İNQİLAB: vərdişlərimizi kökündən dəyişən UNİVERMAQLAR

"Sadəcə baxıram". Bu cümləni həyatımız boyu bir dəfə də olsun çöhrəsində təbəssümlə bizə yaxınlaşan satıcını görəndə dilə gətirmişik. Heç birimiz kobud cavab almamışıq.

Mağazlardakı bu etiket qaydalarını Harri Qordon Selfric adlı cənaba borcluyuq. Bəs Selfric kimdir?

1888-ci il idi. Şarmlı amerikalı nəhəng Avropa dövlətlərinə səyahət edirdi. Dəbbaz Harri Vyana, Berlin, Paris və digər şəhərlərin ən məşhur geyim mağazalarında artıq olmuşdu. Son dayanacaq London və Mançester idi. Selfric bu şəhərlərdə topladığı dəyərli məlumatları Çikaqodakı müdiri Marşal Fildə ötürməyi düşünürdü.

Bu gün ən çox istifadə olunan “müştəri hər zaman haqlıdır” ifadəsini marketinq sahəsinə məhz Marşal Fild gətirib. Lakin Londonda baş verənlər onun bu ifadəsinə tam zidd idi.

20 il sonra Selfric Londona yenidən səyahət etdi. Bu dəfə isə Oksford-strit ərazisində öz adını daşıyan universal mağazasını açmaq üçün.

Гарри Гордон Селфридж

Bu gün Oksford-strit dünyanın dörd bir yanından İngiltərəyə axışan milyonlarla turistin alış-veriş məkanıdır. O dövrdə isə bu ərazi yenicə açılan metro stansiyası hesabına az-çox tanınmağa başlayırdı. "Selfric Univermağı" sensasiya mövzusuna çevrildi. Bu nəhəng ticarət mərkəzinin sahəsi 24 min kv/km idi.

Xüsusi yanaşma

Selfric öz mağazasında böyük vitrinlər, arxada isə zəngin geyim kolleksiyası düzdü. Yeni mağazanın əsas özəlliyi isə öz müştərilərinə qarşı xüsusi münasibət idi.

Harri Qordon satıcılara mağaza boyu gəzişmək vərdişini aşılamağa başladı. Bu ənənə XIX əsrin sonlarında Amerika univermaqlarında da yayıldı. Bir sözlə “sadəcə baxıram” cavablarının sayı gün-gündən artmağa başladı.

Selfric satışda olan geyimləri bağlı şüşə dolablardan və əlçatmaz rəflərdən çıxarıb, müştərinin gözü önünə sərdi. Mağazaların mərkəzlərinə qoyulmuş müştəriyə rahatlıq yaradan rəflər, aşıq şəkildə asılmış paltarlar, ən əsası isə onlara toxunub, hər tərəfinə diqqətlə nəzər yetirmək Harri Qordonun gətirdiyi yeniliklər idi.

Öz ticarət mərkəzinin qəzetləri bəzəyən reklam təsvirlərində Qordon mağazaları gəzməyi zövqlü səyahətə bənzədirdi. Alış-verişə getmək insanların mənsub olduqları zümrə ilə sıx əlaqəli idi.

Qədim Avropa küçələrində bahalı və rəngarəng geyimlərlə bəzədilmiş mağaza vitrinləri, bir-birindən parlaq dəbli və güzgülü salonlar varlı şəxslərin digərlərini izləmək, eləcə də öz geyimlərini nümayiş etdirmək üçün əvəzsiz məkan idi

Selfric təkrarçılığa deyil, eksklüziv geyim çeşidlərinə üstünlük verirdi. Qısa zamanda Harrinin mağazasının reklamı bütün Britaniya ictimaiyyətinin dərin marağına səbəb oldu. Açılış mərasiminə isə “xüsusi dəvətnamə tələb olunmur “deyə hər kəs dəvət edildi.

"Piramidanın bünövrəsi"

Harri Çiqaqodakı mağazasını inşa edərkən ucuz zirzəmilərdə həddən artıq aşağı qiymətə geyim axtarışında olan insanları nəzərə aldı. Onların zövqlərini formalaşdıraraq mağazaya getməyin əyləncəli ola biləcəyini aşıladı.

Selfricin məsləkdaşlarından biri də Amerikada yaşayan irland əsilli Aleksandr Terni Stüart idi. O, Nyu York sakinlərini ənənəvi və sıxıcı geyim bazarlığı çərçivəsindən çıxarıb, azad alış-veriş məcrasına yönləndirdi.

Onun "AT Stewart and Co" mağazası ilk dəfə ticarətə “topdan satış” anlayışını gətirdi. Malların topdan satışı və ya bütün geyimlərə şamil edilən böyük endirimlər ötən mövsümdən qalan paltarlara aid idi. Bu mallar yeni kolleksiya üçün kifayət qədər yer ayırmaq məqsədi ilə çox ucuz qiymətə satılırdı.

Гравюра с изображением Стюарта в его магазине в 1876 году

Stüart həmçinin müştəriyə geyimi bəyənməzsə, mağazaya geri qaytara biləcəyini, eləcə də nəğd pul və çeklə ödəniş etmək kimi imkanlar qazadırdı. Bundan öncə isə müştərilərin mağazalara olan kredit borcları bəzən bir il boyunca ödənilirdi.

Stüart öz yeni qaydalarını rahat həyata keçirmək üçün geyimləri kifayət qədər aşağı qiymətə satmağa başladı.

Onun bu yanaşması sıçrayış sayılmasa da, kifayət qədər rahat və cəlbedici idi.

Mağazaya işə götürdüyü ilk işçisi Stüartın müştərilər üçün təşkil etdiyi bu əlverişli şərtləri görəndə heyrətə gəlmişdi. 1 ay çalışandan sonra narazı satıcı irlandiyalı müdirinin bu gedişlə ən qısa zamanda müflis olacağını iddia edib, istefa ərizəsini yazdı.

Ticarət məbədləri

Bu hadisədən 50 il sonra Stüart Nyu Yorkun ən varlı insanlarından biri kimi dünyasını dəyişir.

Həmin dövrdə artıq nəhəng univermaqlar ticarətin məbədi sayılmağa başlamışdı. Stüartın univermağı “Mərmər saray” adlandırılırdı. İrland əsili milyonçu deyirdi:” Siz bu mağazada başdöndürən məbləğə satılan geyimlərə saatlarla baxa, toxuna bilərsiniz. Heç kimin buna görə sizə irad bildirməyə haqqı yoxdur”.

Artıq mağazaları gəzmək zövqlü və maraqlı vərdişə çevrilmişdi.

Budapeştdə yerləşən Corvin Univermağında quraşdırılmış lift insanların marağını elə cəlb edirdi ki, bir müddət sonra mağaza rəhbərliyi bu qurğuda gəzintini ödənişli etdi. Londondakı “hərəkət edən pilləkan” isə eyni anda 4000 nəfəri gəzdirirdi.

Bütün bu mağazalarda isə beşikdən tutmuş məzar daşına qədər hər şey almaq olurdu.

Hətta Londondakı “Harrods” univermağı müştərilərinə bütün dəfn mərasimi xidmətlərini təklif edirdi.

Univermaqlarda rəsim qalereyaları, siqaret çəkmək üçün kabinələr, çay və konsert salonları və digər maraqlı məkanlar fəaliyyətə başlayırdı.

Джон Генри Тейлор дает наставления покупателям в лондонском Harrods в 1914 г.

Tarixçi Frenk Trentmanın təbilincə desək “Şopinq mədəniyyəti” formalaşırdı.

Avtomobillərin istehsalından sonra isə ticarət mərkəzləri şəhər ətraflarında torpaq sahələrinin daha ucuz olduğu ərazilərdə inşa edilməyə başlandı.

Hazırda Londonda səfərdə olan turistlər Harrods və Selfricer kimi ticarət məkanlarına axışırlar. Bir çoxu isə Oksforda yaxın ərazidə yerləşən Bister-vilic adlı autlet mağazalar şəbəkəsini ziyarət edirlər.

Stüart və Serfricin ticarət inqilabından günümüzədək bu sahədə böyük dəyişiklik baş verməyib. Bunun səbəblərindən biri də odur ki, onların çağdaşları olan qadınlar artıq öz ayaqları üzərində durmağa başlayır, müxtəlif peşələrdə çalışıb, məvacib alırdılar. Mənbələr göstərir ki, qadınların alış-verişə dərin sevgisi daim olub. Statistik məlumatlara inansaq, qadınlar boş zamanlarını şopinqdə keçirməyi kişilərdən çox sevirlər.

Kişilər şopinqə gedən zaman rahat avtodayanacaq və mağazada növbə gözləmədən alış-veriş etmək arzulayırlar. Qadınlar isə əksinə, satıcıların mehribanlığına və nəzakətinə önəm verirlər.

İctimai islahatçılar

Harri Qordon Selfric çox uzaqgörən insan idi. O əmin idi ki, alış-veriş məkanlarının ən çox gəlir gətirən kütləsi qadınlar olacaq. Odur ki, öz mağazalarında qadınlar üçün ayaqyolu tikdirdi. Onun bu təşəbbüşü xanımların mağazaya axınını daha da artırdı. Bundan əlavə, mağazalarda zərif cinsin mümayəndələrinə çay və qəhvə də təklif olurdu ki, təbii ehtiyaclar onları şopinq sevdasından daşındırmasın.

Женщины у билетной кассы, расположенной внутри магазина Selfridges в 1923г.

Selfricin tərcümeyi-halını yazan Lindi Vudhed düşünür ki, o, qadınların təbiətini çox gözəl anlayan nadir kişilər siyahısına aid olub.

Bu gün Harri Qordon Selfrici rahatlıqla ictimai ishalatçı adlandıra bilərik. İşinin mütəxəssisi olan Harri Çikaqodakı mağazasında uşaq otağı hazırlatmışdı ki, gənc analar da istədikləri zaman körpələri ilə birgə evdən çıxıb, öz alış-veriş xəyallarını gerçəkləşdirə bilsinlər.

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR