Yaponlar bunu da etdilər: artıq itlər ayağın qoxu dərəcəsini ölçəcək - VİDEO
Bizi izləyin

Maraq dünyası

Yaponlar bunu da etdilər: artıq itlər ayağın qoxu dərəcəsini ölçəcək - VİDEO

Yaponiyada fəaliyyət göstərən “Next Technology” adlı şirkət ayaq qoxusunun dərəcəsini ölçən rabot itlər istehsal edib.

Publika.az xəbər verir ki, şirkət “Hana” (yaponca burun deməkdir) adlı bu məhsulu ayaq qoxusundan əziyyət çəkən daimi bir müştərisinin sifarişi əsasında hazırlayıb.

Robot it ayaq qoxusu orta səviyyədə olarkən hürməyə başlayır. Qoxu çox güclü olanda isə özündən gedir.

Burnunda qoxu sensoru olan robot ayaq qoxusu güclü dərəcədə yayılarkən ətrafa ətir sıxır.

Şirkət robotu 2018-ci ildə, təxminən 10 dollar civarındakı bir qiymətlə bazara çıxarmağa hazırlaşır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm