Maraq dünyası
Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - - FOTOLAR
Amerikalı model Piks Foks məşhur cizgi film qəhrəmanı Vonder Vomana bənzəmək üçün 200 plastik əməliyyat keçirib.
Publika.az xəbər verir ki, 27 yaşlı isveç əsilli model bu əməliyyatlar üçün 500 000 sterlinq pul xərcləyib.
P.Foks istədiyi formanı əldə edə bilmək üçün 6 qabırğasını çıxartdırıb. O, yüksək təhlükə daşıdığı üçün Amerika və Avropada həyata keçirilməyən göz əməliyyatı üçün Hindistana qədər gedib.
Model istədiyi formaya düşdükdən sonra həyatından məmnun olduğunu deyib:
“Hər zaman incəsənət ruhlu biri olmuşam. Uşaq vaxtı çoxlu rəsmlər çəkərdim və beynimdə qurduğum xəyal dünyamda yaşayardım. Özümü gələcəkdə necə görəcəyimlə bağlı xəyallar qururdum. Nəhayət ki, bunu həyata keçirdim”.
Əslində plastik əməliyyatlara qarşı çıxdığını deyən Foks döşlərini böyütmək və belini incəltmək üçün dəfələrlə bıçaq altına girib. Bununla o, dünyada 6 qabırğasını çıxartdıran tək insan olaraq tarixə düşüb.
Model qabırğa əməliyyatlarından danışarkən sağlığının təhlükə altında olduğunu deyib:
“Qabırğalar orqanları qoruyan önəmli sümüklərdir. Mən isə onlardan 6-nı çıxartdırmışam. Dolayısı ilə kiçik bir zərbə alsam, orqanlarım bədənimdən xaricə çıxa bilər. Ancaq özümü qoruduğum müddətcə sağlam qalacam”.
Zümrüd
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq