Maraq dünyası
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı

Alimlər Sakit okeanda Yeni Zelandiyanı əhatə edən okean dibində qədim quru ekosistemin olduğuna dair dəlillər tapıblar.
ABŞ Milli Elm Fondu 12 ölkədən olan 32 alimdən ibarət beynəlxalq araşdırma qrupunun Sakit okeanda apardığı kəşfiyyat işlərinin başa çatdığını bildirib.
Publika.az xezerxeber.az-a istinadla xəbər verir ki, ABŞ Milli Elm Fondunun okean elmləri bölməsinin nümayəndəsi okean dibində aparılan qazıntılarda əldə edilən ilk tapıntıların regionun keçmişdə zəngin quru ekosistemi olduğuna dair dəlillər ortaya qoyduğunu bildirib.
Baş tədqiqatçı Cerald Dikkens okean dibindən səkkiz min canlı növü və yüzlərlə skelet qalığı əldə etdiklərini deyib. Dayaz və mülayim sularda yaşayan bəzi mikroorqanizmlərin və bitkilərə aid tozcuqların aşkarlanması Zelandiyanın keçmişdə çox fərqli məkana və iqlimə malik olduğunu sübut edir.
Alimlər "səkkizinci qitə" olduğu düşünülən Zelandiyanın 23 milyon il əvvəl bugünkü Avstraliya və Arktika ərazilərini əhatə edən nəhəng qitədən ayrılaraq okeanın dibinə çökdüyünü ehtimal edirlər.

-
Maraq dünyası01:41
Alimlər işığı düyünlərə bağladılar
-
Kriminal01:11
Azərbaycanlı qadın müğənni qardaşı tərəfindən ÖLDÜRÜLDÜ - “Həbsdən zəng edib demişdim ki...”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO