Diş çəkdirərkən öldü, tabutda dirildi - ŞOK
Bizi izləyin

Maraq dünyası

Diş çəkdirərkən öldü, tabutda dirildi - ŞOK

Perunun Tinqo-Maria şəhərində qəribə hadisə baş verib.

Publika.az xəbər verir ki, diş çədirərkən keyidicinin təsirindən ölən adam dəfn zamanı nəfəs almağa başlayıb.

Mərhumun yaxınları dərhal hadisə yerinə həkim çağırıb. Həkim də ölən adamın həyatda olduğunu təsdiq edib. Cəsəd tabutdan çıxarılaraq xəstəxanaya aparılıb. Ancaq həmin şəxs xəstəxanada ölüb.

Cəsədlərin yenidən dirilməsinə dair bir neçə hadisə daha öncə də baş verib.

2014-cü ildə öldüyü sanılan bir ABŞ vətəndaşı yandırılmağa az müddət qala oyanıb. Onun sadəcə ürəyinin dayandığı ortaya çıxıb.

Bənzər hadisə 2012-ci ildə Misirdə də baş verib. Ürək infarktı keçirərək vəfat edən adam yas mərasimi zamanı oyanıb və bundan sonra uzun müddət yaşayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm