48 yaşlı kişinin bədənindən 639 ədəd mismar çıxdı
Bizi izləyin

Maraq dünyası

48 yaşlı kişinin bədənindən 639 ədəd mismar çıxdı

Hindistanın Qobarqdanqa bölgəsində qəribə hadisə baş verib.

Publika.az xəbər verir ki, mədə ağrısı ilə xəstəxanaya gedən 48 yaşlı bir kişi tomoqrafiya edilib.

Müayinə zamanı isə həkimlər gördüklərinə inana bilməyiblər. Belə ki, həmin şəxsin bağırsağında yüzlərlə dəmir cisimlər görünüb.

Təcili olaraq əməliyyat edilən kişinin mədəsindən 639 ədəd mismar çıxarılıb. Mismarların bir çoxunun ölçüsü 5 sm-dən çox olub.

Məlumata görə, hazırda xəstənin vəziyyəti normaldır. Həkimlər xəstənin psixoloji problemlə əlaqədar mismar udduğunu deyiblər. (Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm