Maraq dünyası
Cinayətkarların axtarışında “ağıllı” eynəkdən istifadə ediləcək
Çinin paytaxtı Pekində polis əməkdaşlarına xidməti istifadə üçün xüsusi cihaz hazırlanıb.
Publika.az xəbər verir ki, söhbət cinayətkarların və axtarışda olan şəxslərin üzdən tanınmasına proqramlaşdırılmış “ağıllı” eynəklərdən gedir. Belə ki, “LLVision” şirkətinin xüsusi aksessuarı kamera və mini proyektorla təchiz edilib. Eynək real vaxt rejimində insan sifətlərini izləyərək onları axtarışda olan cinayətkarların siyahısı ilə müqayisə edir. Uyğunluğa rast gəlinəcəyi təqdirdə sistem linza üzərinə qanun pozucusunun şəklini və onun barəsində qısa informasiyanı proyeksiya edir. Bundan başqa “ağıllı” eynəyin köməyi ilə siz yol hərəkətinə də nəzarət edə və avtomobil nömrələrini incələyərək avtomobillərin oğurluq olub-olmadıqlarını da müəyyən edə bilərsiz.
"Ağıllı" eynəklərin sınaqdan keçirilməsi fevral ayında ölkənin
Xenan əyalətinin dəmir yolu vağzalında olub. Sınaqların
nəticələrini müqayisə edən mütəxəssislər gözlənildiyindən daha
uğurlu alındığını dilə gətirərək, cihazı gələcəkdə daha da
təkmilləşdirə biləcəklərini də deyiblər. Sınaq zamanı eynəkdən
istifadə edən polislər insan alverinə görə axtarışda olan bir neçə
şəxsi müəyyənləşdirə biliblər.
Xatırladaq ki, polislərin süni intellektli eynəklərlə təchiz
edilməsi Çinin milli təhlükəsizlik konsepsiyası ilə uyğunluq təşkil
edir. Hazırda ölkədə təxminən 170 milyon müşahidə kamerası
quraşdırılıb. 2020-ci ilədək onların sayının üç dəfə artırılması
planlaşdırılır. Beləliklə, 2 il sonra hər 2 Çin sakininin payına
bir kamera düşəcək.
Könül Cəfərli
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?