Nəhəng yırtıcı köpək balığını yedi - ANBAAN VİDEO
Bizi izləyin

Maraq dünyası

Nəhəng yırtıcı köpək balığını yedi - ANBAAN VİDEO

Florida sahillərində balıqçılar tərəfindən çəkilən video görüntülər görənləri heyrətləndirib.

Publika.az xəbər verir ki, görüntülərdə nəhəng qrupera balığının hücum edərək balıqçıların toruna düşmüş köpək balığını (akulanı) yediyi əks olunub.

Balıqçılar akulanı çəkib çıxarmaq istəsələr də buna nail ola bilməyiblər. Balıq akulanı suyun dərinliklərinə apararaq yeyib.

Kadrları lentə alan şəxslərdən birinin dediyinə görə, balıqçılar 10 dəqiqəyə yaxın köpək balığını qrupera balığından almağa çalışıblar. Balıqçıların fikrinə görə, bu cür yırtıcıların əksəriyyətinin çəkisi 220 kiloqramı keçə bilir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm