Tibdə YENİLİK - Damar əməliyyatları sadələşir
Bizi izləyin

Maraq dünyası

Tibdə YENİLİK - Damar əməliyyatları sadələşir

Tibdə daha bir yeniliyə imza atan Kembric Universitetinin alimləri damarlarda əməliyyatların aparılması üçün qeyri-adi quruluşa malik miniatür kamera hazırlayıblar.

Publika.az xəbər verir ki, "Leap" adlandırılan yeni kameranın içərisinə bütün lazımi endoskop sonluqlar əlavə edilib. Layihənin ərsəyə gəlməsinə maddi dəstək "Omnivision" texnologiya şirkəti tərəfindən qarşılanıb.

Qurğunun prototipi 400x400 (0,16 meqapiksel) təsvir ölçüsünə malikdir, ancaq yekun versiyada təsvir ölçüsünü ən azı 1600x1600-dək (2,6 meqapiksel) artırmaq mümkün olacaq. Elastik endoskopik borunun diametri 1,35 mm-ə bərabərdir ki, bu da onu koronar angioqrafiya (ürək damarlarının xüsusi rentgeni) üçün istifadə etməyə imkan verir.

Bundan başqa, "Leap" adlı yeni kamera böyük endoskoplardan fərqli olaraq, əməliyyat otağının böyük ölçülü texnikasından asılı deyil, çünki onu istənilən adi kompüterə qoşmaq mümkündür.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm