Maraq dünyası
Azərbaycanda yaşamış bu canlılara aid tapıntıların 370 milyon il yaşı var
Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntılar Naxçıvanda Arpaçayın ətrafında aşkarlanıb. Tapılan qalıqların yaşı 350-370 milyon il əvvələ gedib çıxır. Aparılan qazıntılar zamanı daha çox molyusklar və süngərlər tapılıb.
Bunu açıqlamasında Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib. Onun sözlərinə görə, Arpaçay ətrafında pəncəüzgəcli balıqlar da aşkar edilib. Bu canlılar devon dövründə - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövrdə mövcud olan okeanda yaşayıblar. T.Heybətov əlavə edib ki, geoloji araşdırmalar zamanı məlum olub ki, ərazilərimizin böyük hissəsi bu gün mövcud olmayan okeanın dibində yerləşib.
Devon dövründə braxiopodların (çiyinayaqlılar) inkişafı geniş vüsət alıb. Bundan əlavə, həmin dövrdə qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nə¬həng xərçəngəbənzərlər və balıqların bütün sinifləri də geniş yayılıb. Sonradan suda-quruda yaşayanlar meydana gəlib. Bundan başqa, geoloji araşdırmalar təsdiq edir ki, bu ərazilərdə nəhəng balinalar da mövcud olub. Bu gün geoloji qazıntılar zamanı aşkar olunan nəhəng su canlılarının qalıqları Təbiət Tarixi Muzeyində qorunub saxlanılır.
Muzeyin eksponatları arasında nəhəng dişli quşlar da var. Muzeyin direktoru qeyd edib ki, bu canlının qalıqları Arpaçay ətrafında tapılıb. Bioloji xüsusiyyətinə görə, dişli quşun okean canlıları ilə qidalandığı ehtimal olunur.(Azərtac)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR