Dünyanın ən mədəni şəhərləri - ARAŞDIRMA
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən mədəni şəhərləri - ARAŞDIRMA

İtaliyanın Florensiya şəhəri dünyanın ən mədəni şəhəridir.

Publika.az “Arabian Business” elektron nəşrinə istinadən xəbər verir ki, bu haqda “Skyscanner” biletlərin bron edilməsi internet-portalının araşdırmasının nəticələrində deyilir.

Araşdırmaya görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dünyanın ən mədəni şəhərləri siyahısında ikinci yerdədir. Məşhur Luvr muzeyinin filialı və Şeyx Zayedin Böyük məscidi olan Əbu-Dabi, həmçinin Yaxın Şərqin səyahətçilərin dünya görüşünü genişləndirən ən cazibəli şəhəri sayılıb.

Resursun məlumatına görə, BƏƏ-nin paytaxtında elektron musiqinin populyarlaşdırılması, çoxlu sayda tarıxı və mədəni irsə aid abidələrin mövcudluğu da turistlərin diqqətini cəlb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm