Maraq dünyası
İndoneziyada kəməri göbələklərdən düzəldilən saat hazırlandı
İndoneziya şirkəti kəməri göbələkdən, korpusu ağacdan düzəldilmiş ekoloji təmiz saat hazırlayıb.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.
Layihənin müəllifi olan “Mycotech” şirkətinin nümayəndəsinin sözlərini sitat gətirən qəzet yazır: “Biz dünyada ilk dəfə olaraq ekoloji təmiz saat hazırlamışıq. Onun istehsalı zamanı istifadə edilən bütün məhsullar - yalnız saatın mexanizmi çıxılmaqla - təbiətdə çox asanlıqla parçalanır”.
Saatın kəməri kənd təsərrüfatı tullantılardan və göbələyin tel şəkilli köklərindən hazırlanıb.
Qəzetin yazdığına görə, ənənəvi dəri kəmərlərin hazırlanması zamanı insan orqanizmi üçün təhlükəli kimyəvi maddələrdən və rənglərdən istifadə edilir. İstehsal prosesində istifadə olunan su sonradan çaylara və digər su mənbələrinə axıdılır. Bundan əlavə, dəri istehsalı üçün nəzərdə tutulan mal-qara çoxlu miqdarda parnik qazları yaradır. Təklif olunan yeni innovasiyalı texnologiya bu çatışmazlıqlardan uzaqdır və ətraf mühit üçün təhlükəli deyil.
Bu texnologiyanın daha bir üstün cəhəti işin sürətidir. İstehsal üçün lazım olan göbələklərin yetişdirilməsinə cəmi beş gün vaxt lazımdır.
Bundan əlavə, həmin İndoneziya şirkəti həmin texnologiya vasitəsilə kənd təsərrüfatı tullantılarından tikinti blokları, lövhələr və mebel sənayesində istifadə edilən materiallar hazırlayır.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman15 Oktyabr 22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 15 Oktyabr 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin115 Oktyabr 20:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO