İşığı yandırıb-söndürmək üçün işçi axtarılır - Maaş 2300 dollar
Bizi izləyin

Maraq dünyası

İşığı yandırıb-söndürmək üçün işçi axtarılır - Maaş 2300 dollar

İsveçin Göteborq şəhərində işləmək tələb olunmayan iş üçün vakansiya elan edilib.

Həmin işin yeganə öhdəliyi yeni tikilən stansiyada işığı yandırıb söndürməkdən ibarət olacaq.

Bunun üçün aylıq 2 300 dollar əmək haqqı təyin olunub. İşi qəbul edən şəxs səhər işığı yandırmaq, axşam iş gününün sonunda isə işığı söndürmək üçün stansiyaya getməlidir. Yeganə tələb işığın dəqiq vaxtında yandırılıb-söndürülməsidir.

Qeyd olunur ki, həmin vakansiyaya ABŞ, Tayvan, Filippin kimi ölkələrdən də müraciət edilib.

Vakansiya art eksperiment xarakteri daşıyır və cəmiyyətdə qeyri-bərabərliyin artmasına diqqət yönəltmək məqsədi daşıyır. Layihə İsveç İncəsənət Şurası və Nəqliyyat İdarəsi tərəfindən maliyyələşdirilir. Əməkhaqqı fondu 650 min dollardan ibarətdir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm