Maraq dünyası
Bəzi insanlar niyə daim gecikir?
Daima gecikməyə bir neçə amil bağlıdır və bəzən insanlar sadəcə olaraq bu tendensiyadan qaça bilmirlər.
Yəqin ki, hər bir insanın görüşlərə daima gecikən tanışları, qohumları və dostları vardır. Bu daimi tendensiyanı izah etmək olarmı? “Live Science” yazır ki, alimlərin hesab etdiyinə görə, gecikmək vərdişi vaxtın dərk edilməsi, öz vaxtını düzgün idarə etmək qabiliyyətinə bağlıdır, eləcə də insanın şəxsi keyfiyyətlərindən asılıdır.
London Universitet Kollecindən (Böyük Britaniya) Hyuqo Spirsin sözlərinə görə, insan beynində bəzi insanların görüşlərə gecikmələrinə səbəb olan mexanizm mövcuddur. Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, onlar sadəcə olaraq görüş yerinə çatmaq üçün lazım olan vaxtı düzgün qiymətləndirmirlər.
Spirs hesab edir ki, beyində hippokamp adlandırılan sahə var və o, zamanla bağlı məlumatın emal edilməsi ilə məşğuldur. Yəni, burada nəyi nə vaxt etmək lazım olduğu və bunun üçün nə qədər vaxt lazım olduğu barədə xatirələr toplanır. Alim hesab edir ki, hippokampdakı neyronlar bizə zamanı dərk etməyimizə kömək edir, lakin nə üçün yalnız bəzi insanların vaxtı daima düzgün qiymətləndirilməməsi yenə də aydın deyil.
ABŞ-nin Şimali Karolina ştatındakı Kempbell Universitetindən Emili Uoldum hesab edir ki, bəzən insanlar onlara səyahətə hazırlaşmaq üçün lazım olan vaxtı düzgün qiymətləndirmirlər. Yəni, insan keçmişdə bu cür hərəkətlərin nə qədər zaman aldığını xatırladır, lakin xatirələr pozula bilər, həmçinin ötən proses indiki hadisələrlə müqayisə olunmaya bilər. Bu da gecikmələrə gətirir.
Alimlər hesab edirlər ki, insanın daima gecikdiyində xüsusi xarakter xüsusiyyətləri əhəmiyyətli rol oynayır. Yəni, insan sadəcə olaraq gecikmə faktına əhəmiyyət verməyə bilər, eləcə də onun bu və ya digər yerdə olmalı olduğu vaxtı ümumiyyətlə unuda bilər. Bu, insanın eyni zamanda bir neçə hərəkəti yerinə yetirdiyində böyük həcmdə məlumatın emalındakı çətinliklərlə əlaqədardır.
Uoldumun sözlərinə görə, eyni zamanda bir neçə hərəkəti yerinə yetirən bəzi insanlar digər planlaşdırılan məsələləri nadir hallarda vaxtında xatırladır və yerinə yetirirlər. Onlar diqqəti cari hərəkətdə cəmləyir və gələcəkdə nəyi və nə vaxt etməli olduqlarını unuda bilərlər.
Tədqiqatların göstərdiyinə görə, gecikmiş insanlar bəzən özlərini bu cür dərk etmirlər. Sadəcə olaraq bu cür insanlar bunun neqativ nəticələrə səbəb olmayacağını hesab etdiklərinə görə gecikirlər. Eyni zamanda onlar, misal üçün, söhbət qatarın yola düşməsindən gedəndə, son dərəcə dəqiq ola bilərlər.
Alimlərin sözlərinə görə, bəzi insanlar vaxtında gəlməkdə çətinlik çəkirlər, çünki onlar mühüm hərəkətlərin etməsini qəsdən təxirə salırlar. Gecikmə süründürməçilik, yəni, hətta mühüm işləri daima təxirə salmaq əlaməti ola bilər.
Alimlər hesab edirlər ki, zamanının düzgün idarə edilməsi, həmçinin smartfonda xatırlatma kimi sadə bir şey, ya ümumiyyətlə gecikməmək və ya əhəmiyyətli dərəcədə gecikmə vaxtını azaltmağa imkan verəcək.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?