Maraq dünyası
“WhatsApp”dan istifadəçilərə yenilik

“WhatsApp” tərtibatçıları videozəng zamanı istifadəçilərə ekranlarını paylaşmağa imkan verən yeni funksiya tətbiq edəcəklər.
Qeyd olunur ki, funksiya “Google Play” tətbiqlər mağazasından “Android 2.23.11.19” üçün “WhatsApp”ın ən son beta versiyasını quraşdıran bəzi şəxslər üçün əlçatandır.
Zəngin idarəetmə panelində yerləşən yeni işarəyə klikləsəniz, ekranı paylaşa biləcəksiniz. Ekranınızı paylaşmaq qərarına gəldikdə, ekranınızda göstərilən hər şey yazılacaq və qarşı tərəfə ötürüləcək.
Mütəxəssislər qeyd edirlər ki, bu seçim “Android”in köhnə versiyalarında, böyük qrup zənglərində olmaya bilər. Mütəxəssislərin fikrincə, alıcı “WhatsApp”ın köhnəlmiş versiyasından istifadə edərsə, onun cihazı həmsöhbətin ekranının məzmununu qəbul etməyə bilər.
Funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.

-
Nida Xəbər 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
İdman22:06
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
-
Nida Xəbər 21:33
Ajda Pekkan Qənirə Paşayevadan yazdı - FOTO
-
MDB19:19
Putin orduya çağırışla bağlı fərman imzaladı
-
Nida Xəbər 18:56
Hakan Fidan Azərbaycan xalqına başsağlığı verdi
-
Nida Xəbər 18:38
Qarabağda müsadirə edilmiş silah-sursatın son siyahısı
-
Nida Xəbər 18:27
Azərbaycan rəsmisi Xankəndidən şəklini paylaşdı - FOTO
-
Nida Xəbər 18:09
Mnatsakanyan Ermənistana keçmək istəyərkən saxlanıldı