Tarix
Tarixin ƏN BÖYÜK insan köçləri
Müasir ölkələr qurulana qədər xalqlar kütləvi şəkildə yaşam yerini dəyişirdilər. Onlardan bəziləri müxtəlif səbəblərdən minlərlə kilometr məsafə qət edərək yeni ərazilərdə məskunlaşırdı. Xalqların kütləvi köçü dünyanın şəkilini də kardinal dəyişirdi.
Publika.az diqqəti tarixin kütləvi insan köçlərinə yönəldir. Arxeoloji sənədlərə əsasən bir sıra mülahizələri dəyərli oxucuların diqqətinə çatdırırıq.
Bəşəriyyətin planet boyu yerləşməsi (120 min – 20 min il əvvəl)
Genetiklərin və arxeoloqların əksəriyyəti bizi inandırırlar ki, müasir insana çox oxşar olan qədim bəşər Şərqi Afrikadan hərəkət edərək Avrasiyanın, Avstraliyanın və Amerikanın ərazisində məskunlaşıblar. Bu proses, dalğavari, tədricən baş verirdi.
Miqrasiyanın birinci dalğası təxminən 120 min il əvvəl baş verdi, o vaxt ki, birinci mühacirlər Yaxın Şərqə gəlib çıxdılar. Afrikadan, Avstraliyadan kütləvi miqrasiyanın – yeni dünyada yerləşmənin son dalğası isə 20-15 min il əvvəl Amerika qitəsində tamamlandı.
Bu zaman hələ irqlər mövcud deyildi: ilk insanlar avstraliyalılara bənzəyirdilər, müasir avstraliyalılar uzun müddət dünyadan təcrid halında yaşadıqları üçün ilk insan çalarlarını özündə əks etdirirlər.
Əkinçilərin və Ana-İlahə dini ayininin ekspansiyası (yayılması) (eramizdan 6000 il əvvələ qədər)
İnsan köçləri ilə birgə Avropaya köçürülən əkinçiliyin, bir sıra mədəni bitkilərin və ev heyvanlarının vətəni Yaxın Şərq regionu: Anadolu, Levant və Çayarası olub. Buradan sonra ilk əkinçilər Balkanlarda, sonra isə Cənubi və Mərkəzi Avropada məskən salaraq, özləri ilə birgə məhsuldarlıq və Ana-İlahə ayinini orada genişləndirmişlər. Arxeoloqların tapıntıları arasında çoxlu sayda «ana heykəlcikləri» var, ayinin özü isə antik dövrə Elevsin şəbihləri formasında gəlib çıxmışdı.
Avropadan savayı, kənd təsərrüfatının mərkəzi həm də Çində, Huanhe dərəsinin orta hissələrində inkişaf etməyə başlamışdı və oradan əkinçilər bütün Uzaq Şərq boyunca yayılmışdır.
«Qaranlıq əsrlərə» çıxış (eramızdın əvvəl 1200-1150-ci illər)
Bibliyada bəhs olunan Çıxışın dövrünü alimlər geniş miqyaslı kataklizmlər və «Tunc əsrinin fəlakəti» kimi məşhur olan – eramızdan əvvəl XII-XIII əsrlərin təbii və sosial sarsıntıları dövründə xalqların hərəkatları ilə əlaqələndirirlər. Texnologiyaların təkmilləşdirilməsi nəticəsində xalqlar əvvəllər yenilməz olan düşmənləri üzərində asanlıqla qələbə çalmaq imkanı əldə etdi.
Həmin dövrdə «dəniz xalqları» Misir və Hett çarlığının sahillərinə hücum edərək, İtaliyaya köç edir, yəhudilər Fələstində məskunlaşaraq, qüdrətli İsrail şahlığı yaradırlar. Tədricən ayrilərin Hindistana və Ön Asiyaya mühacirəti baş verir – hind dini himnlərinin qədim məcmuəsi olan Riqvedanın tərtib olunması məhz həmin dövrə təsadüf edir. Qədim xalqların Hett çarlığı, Urartu, Mikenlər (yunan qaranlıq əsrləri) və Harrap mədəniyyəti kimi qüdrətli dövlətləri tənəzzülə uğrayaraq, xəritədən silinir.
«Mehvər dövrü» (e.ə. XVIII-II əsrlər)
Bu termini alman filosofu Karl Yaspers təklif etmişdi. Alim həmin dövrdə insanların həyat tərzində və nəhəng sivilizasiyaların inkişafında baş vermiş kəskin dəyişiklikləri təsvir etmək istəmişdi. Həmin dövrdə xalqlar arasındakı təmas kəskin şəkildə genişlənir ki, bu da antik mədəniyyətdə irəliləyişə və fəlsəfənin yaranmasına gətirib çıxarır.
Həmin dövrə qədər kolonist yunanlar tədricən bütün Aralıq dənizi regionunda və hətta Qara dəniz yaxınlığındakı çöllərdə məskunlaşır. Skiflər Fars imperiyasına hücum edir, saklarla yueçjilər (rousilər) isə Hindistanla Çində kök salır. Misirlilər Apennin yarımadasına yayılmağa başlayır, Kelt qəbilələri (qalatlar) isə Anadoluya qədər gedib çıxır.
Yaponiyaya Şimali Asiyadan ilk yapondilli qəbilələr köçür. Qədim dünyəvi din olan buddizm yaranır və genişlənir, bu da Yaxın Şərqin ellenist dövlətlərində təbliğatçıların və zəvvarların axınına səbəb olur.
Xalqların böyük köçü (eramızın IV-VI əsrləri)
Qərbdə iqlim pessimumu ilə Roma imperiyasının dağılması, şərqdə də BöyükHun İmperiyasının iflası tarixin ən fəal insan köçlərinə səbəb oldu. Ayrı-ayrı xalqlar (hunlar, avarlar) köç edərkən, 6000 kilometrdən artıq məsafələr qət etmişdi.
Romeilər ilk dəfə «sıxlaşmaq» məcburiyyətində qaldılar. Zəifləməkdə olan imperiyanın ərazisinə çoxsaylı alman (franklar, lanqobardlar, sakslar, vandallar, qotlar) və Sarmat (alanlar) qəbilələri köç etdi. Əsrlər boyu daxili zolağın meşələri ilə bataqlıqları boyunca yaşayan slavyanlar Aralıq dənizi sahilləri ilə Baltikaya çataraq, Peloponnes adasında məskunlaşır, ayrı-ayrı qəbilələr isə hətta Kiçik Asiyaya qədər gedib çıxır. Çoxsaylı türk izdihamları Mərkəzi Avropaya çataraq, orada (əsasən də Pannoniyada) məskunlaşır. Ərəblər, başladıqları istilaçı yürüşlərin gedişində, İndiyə qədər bütün Yaxın Şərqi, Şimali Afrikanı və İspaniyanı özlərinə tabe edirlər.
Orta əsr böhranı
Qərb və şərq istilaçılarının orta əsrin ən zəngin dövlətlərinin (Rusiya, Vizantiya, Xarəzmşahlar İmperiyası və Sun İmperiyası) tənəzzülə uğraması ilə nəticələnən möhtəşəm yürüşləri məhz bu dövrə təsadüf edir. Səlibçilər Konstantinopolu (indiki İstanbulu) və Müqəddəs Torpağı işğal edir. Monqollar çin ərazilərinin dərinlikləri ilə bütün Asiya boyunca məskunlaşır, türklər Avropaya çataraq, Vizantiyanı tamamilə zəbt edir, almanlar Mərkəzi Avropaya yerləşir, rus əhalisi isə Qızıl Ordu İmperiyasının bir-birindən qopardığı şimal-şərq və cənub-qərb knyazlıqlarında təmərküzləşir. Monqolların əlindən cənuba qaçmış tay xalqları isə tam olaraq Taylandla Laosda məskunlaşır.
Böyük coğrafi kəşflər və yeni dövr (XVII-XVIII əsrlər)
Avropa elmində baş verən irəliləyişlərlə böyük coğrafi kəşflər bir çox avropalıların Aralıq dənizi sivilizasiyasının toxunmadığı Yeni Dünya torpaqlarında – Cənubi və Şimali Amerikalarda məskunlaşmaları üçün bir təkan oldu. Çoxlu sayda yerli xalqlar (amerikalı hindilər) yaşadıqları torpaqlardan qovulmuş, qismən məhv edilmiş, qismən də rezervasiyada yerləşdirilmişdir.
Şimali Amerikaya holland, fransız, irland, ingilis, ispan (sonralar isə rus) mühacir-kolonistlərinin böyük axını başladı. Afrikanın Qərb sahillərindən hər iki Amerikaya çoxlu sayda qaradərili qullar gətirilirdi. Cənubi Afrika ilə Cənubi Amerikada çoxlu sayda portuqal kolonistləri əmələ gəldi. Rus tədqiqatçı səyyahlar, kazaklar və kəndlilər isə Sibirdə məskunlaşmağa başladı.
Zaur H.
-
Hadisə23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin221:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin120:36
Aynur Dadaşova tanınmaz halda - FOTO
-
İKT19:48
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
-
Magazin219:12
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
-
Hadisə19:00
Ucarda ağır qəza CAN ALDI
-
Kriminal18:24
Bakıda 22 il əvvəl 13 yaşlı qızı öldürənlər tutuldular - Biri anasıdır
-
Sosial18:00
Mənzil almaq istəyənlərin yeni ümidi: 2025-ci ildən...