Gerasimov təsdiqlədi: Rusiya böyük müharibəyə hazırlaşır
Bizi izləyin

MDB

Gerasimov təsdiqlədi: Rusiya böyük müharibəyə hazırlaşır

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovun açıqlaması rus ordusunun quruda, dənizdə, havada, kosmosda və kiberməkanda, eyni zamanda, robot-texniki komplekslərdən istifadə etməklə real müharibəyə hazırlaşdığını göstərir.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Arsenal Oteçestva” jurnalının baş redaktoru, polkovnik Viktor Muraxovski deyib. Ekspertin fikrincə, Gerasimovun tezisləri havaya yox, konkret silahlanma və hərbi texnikaya, hərbi əməliyyatların aparılmasına hesablanıb.

Muraxovski bildirib ki, Baş Qərargah rəisi hələ 2017-ci ildə zərbə qüvvələri üçün məlumatların hazırlanması ilə məşğul olan informasiya əməliyyatları qoşunları kimi xüsusi strukturun yaradılmasını, Arktikada vahid kosmik sistemin yerləşdirilməsini təklif etmişdi.

Qeyd edək ki, Valeri Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının akademiyasında keçirilən konfransda çıxışı zamanı gələcək münaqişələrin əsasını robot-texniki komplekslərin təşkil edəcəyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm