Putin: “Rusiyaya təzyiqlər o zaman bitəcək ki…”
Bizi izləyin

MDB

Putin: “Rusiyaya təzyiqlər o zaman bitəcək ki…”

“Qərbin Rusiyanın ünvanına ittihamları onun qarşısının alınması üsuludur, çünki, Rusiyanı rəqib kimi görürlər”.

Publika.az xəbər verir ki, bunu “Birbaşa xətt” zamanı Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bu, səhv siyasətdir.

“Onlar Rusiyada təhlükə görürlər. Görürlər ki, Rusiya onlar üçün rəqib olur. Fikrimcə, bu, çox səhv siyasətdir” - Rusiya lideri vurğulayıb.

Qərblə münasibətlərin bərpası müddətini proqnozlaşdırmayan dövlət başçısı qeyd edib ki, Rusiya öz maraqlarını müdafiə etməlidir: “Mən konkret müddəti açıqlaya bilmirəm. Biz öz maraqlarımızı müdafiə etməliyik. Biz bu nu edirik və edəcəyik. Amma biz həmişə güzəştləri axtarırıq, güzəştlərə cəhd edirik. Bütün təzyiqlər onda bitəcək ki, bizim partnyorlarımız onlar tərəfindən tətbiq edilən metodların effektsiz olduğuna əmin olacaqlar”.

Onun sözlərinə görə, dünya vahid davranış qaydalarını hazırlamağın vaxtı çatdığını artıq dərk edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm