Azərbaycanlı Rusiyada mühüm postdan kənarlaşdırılır
Bizi izləyin

MDB

Azərbaycanlı Rusiyada mühüm postdan kənarlaşdırılır

Əslən azərbaycanlı olan Rəşid İsmayılov Rusiyanın rabitə və kommunikasiya nazirinin müavini vəzifəsini tərk edir.

Publika.az xəbər verir ki, bu haqda nazirliyə yaxın və İsmayılovla tanış mənbələrə istinadən TASS agentliyi bildirib.

İki həmsöhbət idarədə beynəlxalq münasibətlər məsələlərlə məşğul olan İsmayılovun vəzifəsini nə vaxt tərk edəcəyini dəqiqləşdirməyiblər. Nazirliyin mətbuat xidməti bu informasiyanı şərh etməkdən imtina edib.

Qeyd edək ki, Rəşid İsmayılov 2014-cü ilin avqustunda Rusiya rabitə və kommunikasiya nazirinin müavini təyin edilib. 25 ilə yaxındır ki, telekommunikasiya və informasiya texnologiyaları sahəsində müxtəlif vəzifələrdə çalışan İsmayılov Rusiya Rabitə və Kommunikasiya Nazirliyində 2013-cü ildən çalışır.

Rəşid İsmayılov 1965-ci il noyabrın 2-də Bakıda anadan olub. 1982-ci ildə Moskvada internat məktəbini bitirib.

Ali təhsilini 1988-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində alıb. 2007-ci ildə isə Moskva Dövlət Texniki Universitetini bitirib. Rəşid İsmayılov ingilis, italyan, portuqal, türk, ispan, alman və fransız dillərini bilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm