“Bu, Ukraynanın qətli olacaq” – Deputatdan SOS
Bizi izləyin

MDB

“Bu, Ukraynanın qətli olacaq” – Deputatdan SOS

Ukraynada təbii qaza qiymətlərin qalxması ölkənin qətli olacaq.

Publika.az xəbər verir ki, bunu “112 Ukrayna” telekanalının efirində Ali Radanın deputatı Vadim Rabinoviç bildirib.

Siyasətçi qeyd edib ki, ölkədə ukraynalıların maaşlarını nəzərə alsaq, Avropada təbii yanacağın ən yüksək qiymətlərin Ukraynada olduğunu görərik. Onun fikrincə, Ukrayna sakinləri tərəfindən kommunal xidmətlərin ödənilməsindən sonra normal mövcudluq üçün vasitələr qalmır.

“Qiymətlərin İtaliya və İngiltərə səviyyəsinə qaldırılması braədə danışmaq tam cəfəngiyat, yalan və ölkənin qətlidir. Dünyanın heç bir ölkəsində əhali təbii qaza bu qədər xərc çəkmir. Əgər bizdə qiymətlər artırılarsa, onda hər şey kommunal xidmətlərə gedəcək və insanlar sonra yaşaya bilməyəcəklər”, - deputat deyib.

Ukrayna əhalisi üçün təbii qazın qiymətlərinin qaldırılması Kiyevə növbəti kreditin verilməsi üçün Beynəlxalq Valyuta Fondunun şərtlərindən biridir. Beynəlxalq Valyuta Fondunun dördillik yardım proqramı Ukraynaya 17,5 milyard dolların ayrılmasını nəzərdə tutur. 2015-ci ilin martında 5 milyard dollarlıq birinci, həmin ilin avqustunda isə 1,7 milyard dollarlıq ikinci tranş həyata keçirilib. 2016-2017-ci illərdə isə Ukrayna hər il bir milyard dollar olmaqla iki tranş alıb.

Kiyev 2017-ci ilin sonuna kimi fonddan beşinci tranşı almağa ümid edirdi, ancaq o indiyə qədər ayrılmayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm