“Bu, Ukraynanın dağıdılması üzrə məşqdir” - Kiyevdən Putinə SƏRT CAVAB
Bizi izləyin

MDB

“Bu, Ukraynanın dağıdılması üzrə məşqdir” - Kiyevdən Putinə SƏRT CAVAB

“Belə addım siyasi və hüquq nöqteyi-nəzərindən qeyri-mümkündür”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın Donbas bölgəsində referendumun keçirilməsi barədə Rusiya prezidenti Vladimir Putinin təklifini şərh edən Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin deyib.

Nazir referendumun keçirilməsi ideyasını Ukraynanın dağıdılması üzrə məşq adlandırıb.

Xatırladaq ki, “Blomberg” agentliyinin mənbələrə istinadən yazdığına görə, Rusiya prezidenti iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın Donbas bölgəsində referendum keçirməyi təklif edib. Agentliyin yazdığına görə, Kremldə hesab edirlər ki, “respublikalar”ın sakinləri öz ərazilərinin statusu haqqında fikrini bildirmək imkanı əldə etməlidirlər.

Qeyd edilir ki, Rusiya və ABŞ-ın liderləri bu planı hələ açıq səsləndirməmək barədə razılaşıblar. Məqsəd təklifi daha ətraflı öyrənməkdir.

“RİA-Novosti” agentliyi isə bildirib ki, söhbət referendumun beynəlxalq təşkilatların himayəsi altında keçirilməsindən gedir.

Daha sonra Kiyev və Vaşinqtondan bildiriblər ki, Ukraynanın cənub-şərqində vəziyyətin nizama salınması üzrə varianta baxılmır.

Xatırladaq ki, iyulun 19-da Putin Rusiya səfirləri və daimi nümayəndələrlə keçirdiyi müşavirədə Ukraynanın cənub-şərqində vəziyyətin kəskinləşmənin ciddi riskləri haqqında danışıb. Rusiya liderinin sözlərinə görə, səbəb Ukrayna hakimiyyətinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməsidir.

Ukraynada 2014-cü ilin əvvəlində hakimiyyət dəyişikliyindən sonra – aprel ayında Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə Ukrayna Silahlı qüvvələri arasında döyüşlər başlayıb. Nəticədə, Luqansk və Donetsk vilayətlərinin bir hissəsi Kiyevin nəzarətindən çıxıb. Kiyev və Qərb Rusiya qoşunlarının Donbasda, Ukrayna ərazilərinin faktiki Rusiyanın işğalı altında olduğunu bildirir. Moskva isə münaqişə tərəfi olmadığını, problemin Kiyevlə separatçı qurumlar arasında həll edilməli olduğunu bildirir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm