Putin Kim Çenə teleqram göndərdi
Bizi izləyin

MDB

Putin Kim Çenə teleqram göndərdi

Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen Ina teleqram göndərib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin Kem Çenlə ən əhəmiyyətli regional məsələlər və ikitərəfli münasibətləri müzakirə etmək üçün yaxın vaxtlarda onunla görüşməyə hazır olduğunu bildirib.

Putin həmçinin Kimi Çeni və Şimali Koreyalıları “ümumxalq bayramı” – Şimali Koreyanın Yaponiya hökmranlığından azad olmasının 73-cü ildönümü münasibətilə təbrik edib. Rusiya lideri Qırmızı Ordunun əsgərləri və koreyalıların ümumi düşmənə qarşı çiyin-çiyinə vuruşmasını yüksək qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm