“Microsoft”un bəyanatından nəticə çıxardılacaq - XİN
Bizi izləyin

MDB

“Microsoft”un bəyanatından nəticə çıxardılacaq - XİN

Moskva ABŞ Konqresinə aralıq seçkilərə Rusiya hakerlərinin müdaxilə cəhdi barədə “Microsoft” şirkətinin bəyanatı ilə əlaqədar nəticə çıxardacaq.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Nazirlikdən qeyd ediblər ki, belə bəyanatlar zamanı hansısa sübutlar göstərilmir və açıq-aydın maksimal siyasi və ictimai “vau-effekt”ə hesablanıb.

Daha əvvəl “Associated Press” agentliyinin yazdığına görə, “Microsoft” şirkətindən bildiriblər ki, “Fancy Bear” kimi məşhur olan haker qrupu Konqresə aralıq seçkiləri öncəsi Amerikanın siyasi güclərinə yeni kiberhücumə təşəbbüs edib. Şirkətin iddiasına görə, kibercinayətkarlar saxta internet-domenlər yaradıblar. Domenlərdən ikisi Hudson İnstitutu və Beynəlxalq Respublika İnstitutunun domeni kimi göstərilib. Şirkət bildirir ki, daha üç domen ABŞ Konqresinin Senatına aid olan internet ünvan kimi təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm